Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yerli vətəndaşın "dərd"inə ortaq... Turistlər Azərbaycanda ən çox avtobus və restoranlardan narazı qalır
Yerli vətəndaşın "dərd"inə ortaq... Turistlər Azərbaycanda ən çox avtobus və restoranlardan narazı qalır

Yüksək fikirlər səslənməsinə baxmayaraq, Azərbaycan illərdir turizm ölkəsinə çevrilə bilmir. Rəsmi rəqəmlər deyir ki, ölkəyə gələn əcnəbilərin sayı artır. Amma gələnlər də gerçək turist deyil. Məsələn, Hindistan və Pakistandan gələrək bizim ölkədə məskunlaşanların sayı çoxalıb. Onlar hətta bir sıra iaşə obyektlərini icarəyə də götürüblər. Amma gələnlərin ümumi çəkisində gerçək turistlərin payı böyük deyil.

Bizimyol.info xəbər verir ki, 2022-ci illə müqayisədə ölkəyə təşrif buyuran əcnəbilərin sayının 345 min nəfər artdığı bildirilir. Keçən il Azərbaycana 1 milyon 403 min nəfərdən çox xarici dövlət vətəndaşı ayaq basıb. Turistlər ölkədə daha çox istirahət və əyləncəyə pul xərcləyib. Amma onların müalicə xərcləri də artıb. Adambaşına düşən 1952 manat xərcin 644 manatı bu istiqamətə gedib.

Əcnəbilər ölkədəki xidmətlərlə bağlı fikrini də bildirib. Daha böyük kəsim razı qaldığını bildirsə də, narazıların sayı da az görünmür. Təsəvvür edin, 181 min nəfər bütün xidmətlərdən narazı qaldığını deyib. Yəni bu şəxslər bir daha Azərbaycana gəlmək istəməzlər.

Onsuz da ölkəyə Qərb dövlətlərindən gələnlərin sayı azalmışdı. Hətta ərəb ölkələrinin vətəndaşları da daha çox Gürcüstana, Türkiyəyə üz tutmağa başlayıb. Azərbaycandakı xidmətlər qənaətbəxş sayılmır. Ölkəyə az-çox turist ayağı dəyir, onları da narazı salırıq.

Azərbaycan turizm sektoru ilə bağlı hesabat göstərir ki, ictimai nəqliyyatın işi və ictimai iaşə obyektlərinin fəaliyyəti turistlərin heç ürəyincə deyil. Daha dəqiqi, məhz bu sahələr əcnəbilərin ürəyini vurur. Turistlərin 5 faizə qədəri ictimai nəqliyyatın bərbad olduğunu dilə gətirib. Onların 2,3 faizi isə getdikləri kafe, restoran, mağazalardan narazı qalıb.

İctimai nəqliyyat haqqında fikir bizi təəccübləndirmir. Çünki bu sahədə məşəqqət yaşayırıq. Elə restoranlar barədə də yüksək fikir demək olmur. Ümumiyyətlə, adı xüsusi vurğulanan sahələr təkcə turistlər yox, hamıdan əvvəl yerli adamlar üçün qaydasına salınmalıdır. Bir az taksi ucuz idi, o da qəhət olub. İctimai nəqliyyatın bərbad durumundan dastan yazmaq olar. Kafe-restoranlar isə pul qazanmaq istəyir, amma daha çox müştəriləri aldatmaqla. Xüsusilə istirahət zonalarında düz-əməlli menyu, qiymət cədvəli, kassa aparatı da yoxdur. Bütün deyilənlərdən biz özümüz narazıyıq, o ki qalsın turistlər. Bir çox sahələrə ciddi nəzarət zamanı çatıb.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »