Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Qaz gələn yerdən toyuq əsirgəmə"... Çin 2 ay sonra əriyən buz şəhərinə 500 milyon dollar xərcləyib
"Qaz gələn yerdən toyuq əsirgəmə"... Çin 2 ay sonra əriyən buz şəhərinə 500 milyon dollar xərcləyib

Çinin Harbin şəhərində hər il keçirilən Buz Festivalına 500 milyon dollar xərclənir. Bəli, düz eşitdiniz!

Bizimyol.info "webteknoya istinadən xəbər verir ki, bu inanılmaz məbləğ yalnız 2 ay davam edəcək və sonra əriyəcək bir buz şəhəri üçün xərclənir. Harbin Buz və Qar Festivalı 1985-ci ildən bəri keçirilən və dünyanın ən böyük buz şəhərlərindən biri hesab edilən tədbirdir.

Festival hər il dekabrın sonundan fevralın sonuna qədər keçirilir və təxminən 250.000 kubmetr buzdan istifadə etməklə tikilib. Bu buzlar şəhərdən keçən Sonqhua çayından çıxarılır.

Nəhəng buz şəhəri hər il 20 milyona yaxın turisti qəbul edir

Harbin Buz Şəhərində ağlınıza gələn hər şey buzdan ibarətdir. İşıqlandırılmış buz heykəlləri, nəhəng buz sürüşmələri və buzdan hazırlanmış digər strukturlar sanki nağıl aləmindən çıxmış kimi görünür.

Bu unikal təcrübəni yaşamaq üçün buraya dünyanın hər yerindən qonaqlar gəlir. Festival boyu müxtəlif tədbirlər, buzdan heykəltəraşlıq müsabiqələri və gecə şouları keçirilir.

Bəs, niyə bu qədər pul və zəhmət sərf olunur?

Cavab sadədir: Turizm. Harbin Buz Festivalı Çinin ən böyük turizm hadisələrindən birinə çevrilib. Festival açılışının ilk 3 günündə 800 milyon dollarlıq inanılmaz gəlir əldə etməklə xərclərini üstələyib. 2 aylıq müddətdə 4,5 milyard dollardan çox mənfəət əldə edilir.

Harbin Buz Festivalı təkcə turistik tədbir deyil, həm də mədəniyyət və incəsənət hadisəsidir. Festival zamanı bir çox beynəlxalq rəssam və heykəltəraşlar buz və qardan heykəllər hazırlamaqla öz istedadlarını nümayiş etdirirlər.

Festival çərçivəsində müxtəlif konsertlər, rəqs şouları və idman tədbirləri də təşkil olunur. Bu tədbirlər festivalın mədəni müxtəlifliyini və bədii dəyərini artırır.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »