Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Heyvan ölümündən həzz alanlar, insan ölümünə də göz yumarlar"... Öküz döyüşü qadağan edilə bilər
"Heyvan ölümündən həzz alanlar, insan ölümünə də göz yumarlar"... Öküz döyüşü qadağan edilə bilər

Kolumbiya Konqresi öküz döyüşünü qadağan edən qanun layihəsinə səs verib. Korridanın 2027-ci ilə qədər qadağan edilməsini nəzərdə tutan qanun layihəsi konqresdə qəbul edilib.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, qanun layihəsinin Kolumbiya prezidenti Qustavo Petronun imzası ilə qanuna çevriləcəyi gözlənilir.

Qanun layihəsini dəstəklədiyi bilinən Petro sosial media hesabından açıqlama verib: "Heyvanların ölümündən həzz alanlar, nəticədə insanların ölümündən də həzz alacaqlar. Necə ki, kitabları yandıranlar insanları yandırırlar", - deyib.

Korridanı dəstəkləyənlər qərarın qanuna çevriləcəyi təqdirdə bir çox insanın işsiz qalacağını iddia edirlər. Qanun layihəsinin təsirlərini azaltmaq üçün 3 illik keçid dövrü nəzərdə tutulur və öküz döyüşü ilə dolanışığını təmin edən insanlara alternativ mənbələr tapmaq üçün köməklik göstəriləcəyi bildirilib.

Kolumbiya Latın Amerikasında korridanı qadağan edən sonuncu ölkə oldu. Argentina, Kuba, Uruqvay, Braziliya və Çilidə də qadağan edilən öküz döyüşlərinə hələ də Ekvador, Meksika, Peru və Venesuelada icazə verilir. Meksika 2022-ci ildə korridanı qadağan etsə də, ötən ilin dekabrında bu qadağanı ləğv edib.

İspan müstəmləkəsi dövründə Kolumbiyaya məlum olan öküz döyüşü bütün ölkədə çox populyardır. Minlərlə insan öküz döyüşlərini izləmək üçün Medellin və Manizales şəhərlərində, eləcə də ölkənin paytaxtı Boqotada arenaları doldurur.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »