Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Samsung Electronics"in 55 illik tarixində bir ilk: Yaxın günlərdə on minlərlə işçi tətil edəcək
"Samsung Electronics"in 55 illik tarixində bir ilk: Yaxın günlərdə on minlərlə işçi tətil edəcək

"Samsung" işçilərini təmsil edən həmkarlar ittifaqı iş şəraitinin yaxşılaşdırılması üçün yaxın günlərdə tətil təşkil edəcəklərini açıqlayıb.

Bizimyol.info "webtekno"ya istinadən xəbər verir ki, bu, "Samsung Electronics"in 55 illik tarixində bir ilk olacaq.

Dünyanın bir çox şirkətinin işçiləri iş şəraitini yaxşılaşdırmaq üçün həmkarlar ittifaqına qoşulurlar. Təbii ki, bu vəziyyət texnologiya nəhənglərində də görünür. "Samsung" onlardan biridir. "Samsung Electronics"in işçiləri illər əvvəl "Beynəlxalq Samsung Electronics Birliyi" adlı birlik yaratdılar və bu gün minlərlə insanı təmsil edir.

Birliyin tarixində ilk tətil iyunun 7-də keçiriləcək. Cənubi Koreyanın texnologiya nəhənginin birliyə üzv olan əməkdaşları bir günlük ödənişli məzuniyyətə çıxacaqlar. Birlik 28 min üzvü olduğunu bildirir. Bu, şirkətin dünya üzrə ümumi işçi qüvvəsinin beşdə birindən çoxunu təşkil edir.

Həmkarlar ittifaqının nümayəndələri deyirlər ki, şirkət işçilərə etinasız yanaşır və iş şəraitinin yaxşılaşdırılması lazımdır. Tələblərə əmək haqqının 6,5% artırılması və şirkətin qazancına uyğun olaraq müəyyən edilmiş bonus daxildir.

"Samsung"un ittifaqla danışıqlarının davam edəcəyi də bildirilir. Qeyd edfilir ki, şirkət və onun nümayəndələri ilə ilin əvvəlindən danışıqlar aparılsa da, hələlik razılıq əldə olunmayıb. Həmkarlar ittifaqı onu da bildirir ki, onların tələbləri yerinə yetirilməsə, daha uzun tətillər keçirilə bilər.

Analitiklər belə genişmiqyaslı tətilin şirkətin tədarük zəncirinə təsir göstərə biləcəyini bildiriblər. Məlum olduğu kimi, "Samsung" yaddaş çipləri və smartfonlar kimi istehlakçı elektronikası sahəsində dünyanın aparıcı şirkətlərindən biridir. Ona görə də bunun hansı effekti verəcəyi maraq doğurur. Şirkət 2010-cu illərin sonlarına qədər həmkarlar ittifaqına icazə vermirdi. Ancaq 2018-ci ildə bu vəziyyət dəyişib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »