Çinli tədqiqatçılar ilk dəfə şəkər xəstəsi olan bir kişini kök hüceyrə transferi ilə müalicə etdiklərini açıqlayıblar. 2021-ci ildə mədəaltı vəzinə kök hüceyrə nəqli edilən xəstə 2022-ci ildən insulindən istifadə etmir.
Bizimyol.info xəbər verir ki, Çinli həkimlər dünyada bir ilk olan 59 yaşlı bir kişinin diabetini kök hüceyrə terapiyasından istifadə edərək müalicə etdiklərini açıqlayıblar.
25 ildir "2-ci tip" diabet xəstəsi olan şəxs 2021-ci ildə hüceyrə transplantasiyası alıb və xəstə 2022-ci ildən bəri dərman istifadə etmir. Tədqiqat Şanxaydakı üç qurum arasında əməkdaşlıq çərçivəsində aparılıb: Şanxay Changzheng Xəstəxanası, Çin Elmlər Akademiyasının Molekulyar Hüceyrə Elmi üzrə Mükəmməllik Mərkəzi və Renji Xəstəxanası eksperimental müalicə ilə mədəaltı vəzində insulin istehsal edən və qan şəkərinin səviyyəsini nəzarət altında saxlayan hüceyrələrin süni versiyasının yaradılmasını nəzərdə tutur.
Müalicə göstərir ki, xəstənin həyat tərzini dəyişmədən orqanizmin qan şəkərini təbii yolla tənzimləmək mümkündür. Müalicə zamanı bədənin işləməsi üçün lazım olan bir çox fərqli hüceyrə növünə çevrilə bilən kök hüceyrələrdən istifadə edilib. Müvafiq şəraitdə kök hüceyrələr; Beyin, əzələ, böyrək və hətta mədəaltı vəzi toxumasına çevrilə bilər.
Kanadadakı British Columbia Universitetinin hüceyrə və fiziologiya elmləri professoru Timothy Kieffer "South China Morning Post" qəzetinə deyib: "Düşünürəm ki, bu tədqiqat diabet üçün hüceyrə terapiyası sahəsində əhəmiyyətli bir irəliləyişdir".
Professor Kieffer, bunu daha çox insan üzərində sınaqdan keçirdikdən sonra tədqiqatları daha da irəli aparmağın mümkün olacağını ifadə edərək, bu müalicənin gələcəkdə xəstələri dərman yükündən azad edə biləcəyini, sağlamlıq və həyat keyfiyyətini yaxşılaşdıra biləcəyini və səhiyyə xərclərini azalda biləcəyini söyləyib. Bütün maneələrə baxmayaraq, bu müalicə hal-hazırda şəkərli diabetlə yaşayan 38,4 milyon amerikalı və bu xəstəliyi inkişaf etdirəcək 97,6 milyon insan üçün ümid verə bilər. Digər tərəfdən, diabet ABŞ-da ölüm səbəbləri arasında səkkizinci yerdədir.
Qadir, Bizimyol.info






