Plastiklərlə həyatımızın hər sahəsində qarşılaşırıq. Davamlı olaraq aldığımız qidaların paketləri də onlardan biridir. Yeni araşdırmalar göstərir ki, bu paketlərdə gözlədiyinizdən daha yüksək kimyəvi maddələr var.
Bizimyol.info "webtekno"ya istinadən xəbər verir ki, Norveç Elm və Texnologiya Universitetinin alimləri plastik qida qablaşdırması ilə bağlı iki araşdırma aparıblar.
Tədqiqatçılar qida qablaşdırmasında istifadə edilən 36 müxtəlif plastik məhsulu araşdırıblar. Bu məhsullar; Beş ölkə: ABŞ, Böyük Britaniya, Cənubi Koreya, Almaniya və Norveçdən gətirilib. Araşdırmalar nəticəsində tək qablaşdırmada istifadə edilən bir məhsulda 9 min 936 fərqli kimyəvi maddə aşkar edilib.
"Ətraf Mühit Elmləri və Texnologiyaları" (Environmental Science & Technology) jurnalında nəşr olunan tədqiqatlarda tədqiqatçılar bu kimyəvi maddələrin bəzilərinin insanlar üçün zərərli ola biləcəyini də isbat ediblər. Məsələn, birində hormonların ifrazına və maddələr mübadiləsinə təsir edə bilən kimyəvi maddələr tapılıb. Başqa bir araşdırma, bədəndə siqnalların ötürülməsində mühüm rol oynayan G-protein ilə əlaqəli reseptorlara təsir göstərə bilən 11 kimyəvi maddə tapıb.
Bütün bunlar hər gün təmasda olduğumuz qablaşdırmanın nə qədər zərərli ola biləcəyini ortaya qoyur. Araşdırmaların müəlliflərindən olan professor Martin Vaqner bununla bağlı aşağıdakı açıqlamaları verib: "Bu və əvvəlki tapıntılar plastikin bizi zəhərli kimyəvi maddələrə məruz qoyduğunu göstərir. Bu, eyni zamanda plastiki daha təhlükəsiz etmək üçün yenidən dizayn etməmiz lazım olduğu nəzəriyyəsini dəstəkləyir", - deyə bildirib.
Plastiklərin tərkibində çoxlu kimyəvi maddələr ola bildiyi üçün tədqiqatçılar indiyədək onlardan çox azını müəyyən edə biliblər. Bu o deməkdir ki, bu tədqiqatların nəticələrini öyrəndikdən sonra belə, biz hələ də onun təsirləri haqqında çox az şey bilmiş oluruq.
Qadir, Bizimyol.info






