Hər birimizin fərqli dəri tonları var. Əslində, bu ton fərqi tünd və ağ dəri adlanır. Bu, hər bir dəri rənginin fərqli xüsusiyyətlərə malik olmasına səbəb olur.
Bizimyol.info "webtekno"ya istinadən xəbər verir ki, ağ dərili insanlar günəşə daha həssas olduqları halda, tünd dərili insanlarda bu həssaslıq yoxdur. Çünki onlar daha çox melaninə malikdirlər və əslində ağ dərili insanlardan daha çox istilik yayırlar.
Bəs bədəndəki rəng fərqləri insanın radiasiya, başqa sözlə, istilik yayma qabiliyyətinə necə təsir edir?
İlk olaraq melaninin nə olduğunu görək
Melanin; Göz, dəri və saç rəngini təyin etməkdən məsul olan təbii dəri piqmentidir. Melanin istehsalı artdıqca, bölgənin rəngi daha tündləşir. Əslində, hər kəsin bədənində eyni miqdarda melanin var. Ancaq valideynləri daha çox günəşə məruz qalan müəyyən genetik irsi olan insanlar daha çox melanin istehsal edə bilər. Dərinin, gözlərin və saçların piqmentasiyasını təmin edən melanin zərərli ultrabənövşəyi şüaları udaraq bizi günəşdən də qoruyur.
İnsanın radiasiyaya məruz qalması əsasən dəri rəngi və məruz qaldığı melaninin miqdarı ilə əlaqədardır
Qara dərili insanlar daha çox melanin piqmentinə malikdirlər, yəni onlar günəş işığını daha çox udurlar. Bu udulmuş işıq bədən tərəfindən istiliyə çevrilir və nəticədə qaradərililər ağ dərili insanlardan daha çox şüa, yəni istilik yayırlar.
Bu məqamda bunun sağlamlıq riski olub olmadığı ağlına gələ bilər
Ancaq narahat olacaq bir şey yoxdur. Çünki ağdərili insanlar artıq müəyyən radiasiya yayırlar. Yalnız tünd dərili insanlarda bu nisbət ağ dərililərə nisbətən daha yüksəkdir.
Qadir, Bizimyol.info






