ABŞ prezidenti Co Bayden müharibə qəhrəmanı əmisi Ambrose J Finneqanın ölümü ilə bağlı geniş müzakirə edilən bəyanatla çıxış edib.
Bizimtol.info xəbər verir ki, çərşənbə günü uşaqlığını keçirdiyi Skranton şəhərindəki müharibə abidəsini ziyarət edən Bayden verdiyi açıqlamada, İkinci Dünya Müharibəsində təyyarəsi Papua Yeni Qvineyada qəzaya uğrayan əmisinin adamyeyənlər tərəfindən yeyilmiş ola biləcəyini söyləyib.
Britaniya mətbuatında yer alan xəbərlərə görə, ABŞ prezidentinin təəccüblü bəyanatı rəsmi müharibə məlumatları ilə ziddiyyət təşkil edir. Qeydlərə görə, Finneqanın təyyarəsi 1944-cü ildə Sakit okean üzərində mühərrik nasazlığı keçirib və o, qəzadan sağ çıxa bilməyib.
Əmisinin Yeni Qvineya üzərində tək mühərrikli təyyarə ilə kəşfiyyat uçuşları etdiyini iddia edən ABŞ prezidenti Bayden: "Başqasının uğursuz olduğuna görə, o, könüllü olqraq təyarəni idarə edib. O dövrdə Yeni Qvineyada çox adamyeyənlərin olduğu bir ərazidə vurulub. Onun cəsədi heç vaxt tapmayıb, ancaq təyyarənin bəzi hissələri tapılıb”, - deyə qeyd edib.
Baydenin ailədə “Bosie dayı” kimi tanınan döyüş abidəsində verdiyi açıqlama bu gün həm ABŞ, həm də dünya mətbuatında böyük əks-səda doğurub, lakin rəsmi müharibə qeydlərinə görə, leytenant Finneqan yoxa çıxan təyyarədə uçumayıb. Araşdırmaçılar həmçinin Finneqanın qəzadan sağ çıxması və ya adamyeyənlərlə qarşılaşması ilə bağlı heç bir dəlil tapmadılar.
ABŞ hökumət sənədlərini tərtib edən Milli Arxivlərə görə, itkin düşən təyyarənin hesabatı 1944-cü il mayın 17-də ABŞ-ın müharibə departamentinə təqdim edilib. Mühərriki nasaz olan təyyarə ilə bağlı hesabatda Baydenin əmisi üçün aşağıdakı ifadələr yer aldı; "Onun müharibədən sonra bölgədən çıxarılan heç bir qalıqlarla əlaqəsi yoxdur və hələ də ondan xəbər yoxdur".
Bu il prezident seçkilərinin keçiriləcəyi ABŞ-da yenidən namizədliyini açıqlayan prezident Co Baydenin yaşı və yaddaşı ilə bağlı müzakirələr davam edərkən, bəyanat Baydenin psixi sağlamlığı ilə bağlı müzakirələrə səbəb olub.
Qadir, Bizimyol.info






