İran Londonda müxalif İran televiziya kanalının əməkdaşına hücumda iştirakına dair sübutları rədd edir.
İzimyol.info xəbər verir ki, İran İslam Respublikasının Böyük Britaniyadakı müvəqqəti işlər vəkili Seyid Mehdi Hosseini Mateen bu barədə "X" səhifəsində yazıb.
“Hadisədən üç saat sonra "Daily Telegraph"ın Metropoliten Polisinin hər hansı rəsmi açıqlaması olmadan əvvəl və heç bir dəlil olmadan İranı açıq şəkildə günahlandırması olduqca qəribədir və tam aydın deyil. Sui-qəsdçilər/təqsirkarlar tərəfindən əvvəlcədən xəbərdar edilmədiyi halda. Biz bu hekayə və bu qondarma jurnalistlə hər hansı əlaqəni rədd edirik”, - deyə diplomat qeyd edib.
Cümə günü axşam saatlarında Skotland Yard bildirib ki, onun terrorla mübarizə bölməsi İranın müxalif telekanalının əməkdaşına hücumla bağlı şəraiti araşdırır. Polisin məlumatına görə, hücum paytaxtın mərkəzindən cənub-qərbdə yerləşən Uimbldonda baş verib. 30 yaşlarında olan kişi ayağından xəsarət alaraq xəstəxanaya aparılıb. Vəziyyəti stabildir, həyatı üçün təhlükə yoxdur.
“The Daily Telegraph” xəbər verir ki, Puriya Zeraati adlı zərərçəkən İran hakimiyyəti tərəfindən terror təşkilatı elan edilən “İran Beynəlxalq” telekanalında verilişin aparıcısıdır. Nəşrin məlumatına görə, bir neçə nəfər evinin yaxınlığında kişiyə hücum edib. Nə media, nə də polis hücum edənlərin saxlanılıb-saxlanılmaması barədə məlumat verməyib.
Londondakı Xarici Mətbuat Assosiasiyası "həmkarına və dostuna" edilən hücumdan qəzəbləndiyini bildirib.
Martın 30-da Scotland Yard rəhbərinin müavini Mett Jevkes bildirib ki, son iki ildə İran və onun təhlükəsizlik xidmətlərinin hərəkətlərinin Böyük Britaniyada yaşayan insanlara “birbaşa təhlükə” yaratdığı 15 hadisə qeydə alınıb. Ötən ilin dekabrında London məhkəməsi Çeçenistan əsilli Maqomed-Xüseyn Dovtaevi terrorçular üçün faydalı ola biləcək məlumat topladığına görə üç il yarım müddətinə azadlıqdan məhrum edib.
Avstriya vətəndaşı Dovtaev “Iran International”ın icarəyə götürdüyü binanın yaxınlığında çəkiliş apararkən saxlanılıb. İttiham tərəfinin fikrincə, iddia edilən videomateriallardan binanın təhlükəsizlik sistemindən yan keçmək və telekanalın əməkdaşlarına hücum etmək üçün istifadə oluna bilərdi.
Qadir, Bizimyol.info






