Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda vençur əməliyyatları ötən il 2,2 milyon dollar olub
Azərbaycanda vençur əməliyyatları ötən il 2,2 milyon dollar olub

Fintex, vençur kapitalı, startaplar, texnologiya ekosistemləri və tendensiyalar sahəsində bazarın təhlili, araşdırma və konsultasiya üzrə ixtisaslaşmış “RISE Research” şirkəti tərəfdaşlarıyla birlikdə Mərkəzi Asiya və Qafqazda vençur bazarını araşdırıb.

Bizimyol.info xəbər verir ki, araşdırma nəticəsində son 5 ildə Mərkəzi Asiya və Qafqaz regionunda vençur maliyyələşdirilməsinin 5,5 dəfə artdığı ortaya çıxıb.

“Apardığımız araşdırma göstərdi ki, 2023-cü ildə regionda vençur əməliyyatlarının həcmi 110 milyon dolları ötüb. Bununla belə, ekosistem kiçik olaraq qalır. Bu da investisiyalar üçün əhəmiyyətli potensialı göstərir. İnkişafa maneə törədən amillərdən biri regionda etibarlı məlumatların olmamasıdır. Bizim “RISE Research”də məqsədimiz investorlara və dövlətə davamlı inkişafı təmin edən, keyfiyyətli, etibarlı məlumatlar təqdim etməklə bu boşluğu doldurmaqdan ibarətdir”, - “RISE Research”in təsisçisi Aynur Janturina bildirib.

2023-cü ildə Azərbaycanda vençur maliyyələşdirməsinin ümumi həcmi təqribən 2,2 milyon dollar olub. Bu isə əvvəlki illə müqayisədə aşağıdır. 2022-ci ildə bu rəqəm 3,4 milyon dollar olmuşdu. Ümumi vençur maliyyələşdirilməsində azalma təsdiqlənsə də, Azərbaycanda hər raund üzrə orta çek artır. Əgər 2022-ci ildə hər raund üçün orta hesabla 95 min dollar maliyyə cəlb edilirdisə, ötən il bu rəqəm 163 min dollara yüksəlib.

Məlumata görə, Azərbaycanda aparılan əməliyyatların əsas sayı speed-raunda cəmlənib. Məsələn, 2023-cü ildə Bakı təmsilçisi “Push30” startapı toxum mərhələsində 500 min dollar cəlb edib. Ekspertlərin fikrincə, Azərbaycanın vençur bazarı, əsasən, yerli oyunçuların gücü sayəsində inkişaf edir.

“Caucasus Ventures”in rəhbəri Məmməd Kərimin sözlərinə görə, Azərbaycanda startap və vençur şirkətlərinin ekosisteminin inkişafı üçün bütün lazımi komponentlər uğurla yaradılıb. 400-ə yaxın startap-şirkət yaradılıb. “Bu gün Azərbaycanda cəmi 1 vençur fondu və 3 biznes mələk klubu fəaliyyət göstərir, əməliyyatların sayı isə ildə 30-u keçmir. Azərbaycanın İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (IDDA) yerli investorları fəal şəkildə dəstəkləyir.

Məhdud məsuliyyətli tərəfdaş qismində vençur fondlarına investisiya yatırmaqla, biznes mələkləri üçün lazımi şərait yaratmaqla və investorlar üçün müxtəlif növ təlimlər təşkil etməklə beynəlxalq vençur fondlarını və biznes mələklərinin şəbəkələrini cəlb edir”, - IDDA-nın innovasiyalar üzrə direktoru İqor Ovçarenko belə deyir.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »