Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Nə qaldı, kimə qaldı"... "Zamin şəxs borclunun borcuna öləndən sonra da məsuliyyət daşıyır" - Video
"Nə qaldı, kimə qaldı"... "Zamin şəxs borclunun borcuna öləndən sonra da məsuliyyət daşıyır" - Video

"Azərbaycan Respublikasında kreditlər müqavilə əsasında tənzimlənir. Yəni şəxslə kreditor təşkilatı, bank və yaxud bank olmayan kredit təşkilatı arasında kredit müqaviləsi bağlanır.bKredit müqaviləsində kreditin məbləği, onun qaytarılması ilə bağlı müddəalar qeyd olunur. Yekunda əgər bu kreditə görə hansısa bir girov əmlakı varsa, onunla bağlı məsələlər öz əksini tapır. O cümlədən, kredit müqaviləsinin şərtləri pozulduğu halda, burada hansı davranışlar olacaqsa, onlar qeyd olunur".

Bu barədə Bizimyol.info xəbər portalına hüquqşünas Ramil Süleymanov danışıb. Banklar, o, cümlədən kredit təşkilatları, bank olmayan kredit təşkilatları verdikləri kredit məbləğləri daha sığortalı olsun deyə, daha ehtiyatlı şəkildə verilməsi üçün həmin kreditləri maksimum dərəcədə əmlaklarla və eyni zamanda zaminliklə, müqavilələri ilə təminat altına almağa çalışırlar.

Ramil Süleymanov / Foto: Bizimyol.info Ramil Süleymanov / Foto: Bizimyol.info

Hüquqşünas Ramil Süleymanov, zaminlərə və zaminliyə "namizəd"lərə xəbərdarlıq edib.

“Zaminlər bilməlidirlər ki, onlar zaminliyə sadəcə olaraq, müqavilənin standart şərti imiş kimi yanaşmamalıdırlar. Zaminlik kifayət qədər məsuliyyət tələb edən bir prosesdir. Kredit müqaviləsi tam icra olunub, bitənə qədər zaminin də borclu qədər məsuliyyəti var. Bir çox hallarda, Apelyasiya Məhkəməsinin 2022-2023-cü il qərarına qədər zaminlər sadəcə olaraq, əsas məbləğ və ya ölən borclunun vərəsələrini irəli verməklə, bütün məsuliyyəti onların daşımalı olduğunu qeyd edərək, bu məsələdən yayınmağa çalışırdılar. Ancaq Konstitusiya Məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 477-ci maddəsini şərh edərkən qeyd etdi ki, zaminlər də borclular qədər məsuliyyət daşıyırlar. Borclunun ölməsi və ya borclunun krediti ödəməkdən yayınması və ya krediti ödəmək imkanında olmaması onun hansısa bir şəkildə məsuliyyətdən kənara qoya bilir. Xeyr. Bu, artıq belə deyil. Zaminlər şəxsin öldüyü halda onun kredit müqaviləsi üzrə zaminliyini davam etdirir. Yəni şəxs, zamin kredit müqaviləsi üzrə zaminlik həyata keçirir”-deyə Ramil Süleymanov əlavə edib.

Kredit borcları mövzusu ilə bağlı Ramil Süleymanovun müsahibəsini Bizimyol.info xəbər portalının rəsmi YouTube kanalında izləyə bilərsiniz:

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »