Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İlham Əliyev: "ŞKTC prezidentinin Şuşada keçiriləcək sammitdə iştirak etməsi türk xalqlarının birliyini sürətləndirəcək"
İlham Əliyev: "ŞKTC prezidentinin Şuşada keçiriləcək sammitdə iştirak etməsi türk xalqlarının birliyini sürətləndirəcək"

Azərbaycan prezidenti İlham Əliyev iyulda Türk Dövlətləri Təşkilatının (TDT) Qeyri-rəsmi Zirvə Toplantısının keçiriləcəyini xatırladaraq: "Mənim dəvətimlə Şuşada keçiriləcək sammitdə Şimali Kipr Türk Respublikasının (ŞKTC) prezidenti də iştirak edəcək",- deyə bildirib.

Bizimyol.info xəbər verir ki, bu barədə ŞKTC Prezidentinin Mətbuat Xidməti məlumat verib.

İlham Əliyev bu barədə Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündən sonra keçirilən birgə mətbuat konfransında danışıb. Azərbaycanın dövlət başçısı prezident seçkilərindən sonra ilk səfərini qardaş ölkəmiz Türkiyəyə etdiyini və bunun ənənə halını aldığını: “Türkiyə və Azərbaycanın birliyi təkcə region üçün deyil, Avrasiya üçün də mühüm amildir”, -deyib.

İ.Əliyev Türkiyənin inkişaf prosesini daim izlədiyini bildirib və bundan məmnun olduğunu vurğulayıb: “Türkiyə bu gün dünyada söz sahibidir”, - deyən Əliyev Türkiyənin bir çox mövzuda təkcə regionla deyil, dünya ilə bağlı olduğuna diqqət çəkib.

Azərbaycan prezidenti Türkiyənin regionda sülhün, sabitliyin və əməkdaşlığın təminatçısı olduğunu vurğulayıb və qardaş ölkənin İkinci Qarabağ müharibəsi zamanı hər zaman Azərbaycanın yanında olduğunu xatırladıb: “Biz sülh yolu ilə həll edə bilmədiyimiz tarixi məsələmizi döyüş meydanında həll etdik”, - deyən Əliyev Azərbaycan xalqının Türkiyənin dəstəyini unutmayacağını bildirib.

Əliyev: “Türk dünyasının birləşməsi, xalqların ortaq mədəniyyətlərə malik olması Türk Dövlətləri Təşkilatının (TDT) hər bir üzvünün qüdrətini gücləndirəcək”, - deyə qeyd edib.

İyulda TDT-nin Qeyri-rəsmi Zirvə Toplantısının keçiriləcəyini xatırladan Əliyev: "ŞKTC prezidenti mənim dəvətimlə Şuşada keçiriləcək sammitdə iştirak edəcək. Bu, türk xalqlarının birliyini sürətləndirəcək", - deyə bildirib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »