Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Qərb Ermənistanı sülhdən "uzaqlaşdırmaq"la Türkiyə və Azərbaycanın inkişafına balta vurmaq istəyir"
"Qərb Ermənistanı sülhdən "uzaqlaşdırmaq"la Türkiyə və Azərbaycanın inkişafına balta vurmaq istəyir"

"Bu günlərdə ermənilərin təxribatlar törətməsinin müxtəlif səbəbləri var. Azərbaycanın 30 ilə yaxın işğal altında olan Qarabağ torpaqlarını geri almaqda əldə etdiyi tarixi uğur ermənilərin həzm edə bilmədiyi bir vəziyyətdir. Bundan başqa, Zəngəzur dəhlizinin açılması Azərbaycan, Türkiyə, Rusiya və hətta Avropa üçün ciddi qazanclarla nəticələnəcək. ABŞ və Fransa kimi ölkələr bunu istəmir. Bu səbəbdən, Ermənistanın müqaviləni imzalamasına imkan daxilində mane olacaq və alət kimi istifadə etdikləri ermənilərin bölgədə daim aqressiv düşmən mühiti yaratmasına çalışacaqlar".

Bu barədə Bizimyol.info xəbər portalına Türkiyənin Atatürk Universiteti İqtisadiyyat və İdarəetmə Fakültəsinin müəllimi, professor Kərəm Qarabulud danışıb. Professorun sözlərinə görə, bir həqiqət var ki, Azərbaycan və Türkiyəsiz bir Ermənistanın regionda sülh və firavan yaşamaq şansı yoxdur. Başqa sözlə, hazırda Qərb dövlətlərinin etdikləri erməni dəyirmanına su tökməkdir ki, bu da davamlı olmayacaq. Xüsusilə, ABŞ və Çin arasındakı ticarət müharibəsi, bu bölgədə Çinin sürətli inkişafının qarşısını almaq üçündür. Bunun üçün ən əlverişli vasitələrdən biri Ermənistanın Azərbaycan və Türkiyəyə qarşı işğalçı və aqressiv münasibətini davam etdirməkdir.

Atatürk Universiteti İqtisadiyyat və İdarəetmə Fakültəsi müəllimi, professor Kərəm Qarabulud Kərəm Qarabulud

“Digəri hədəf, Suriya və İraq ərazisindən Türkiyəyə qarşı hücumlar təşkil etmək və onun inkişafının qarşısını almaqdır. Nəticədə demək olar ki, Ermənistanın iradəsi öz əlində deyil. Bundan istifadə edən dövlətlər bu bölgədə, xüsusən də Azərbaycan və Türkiyədə istəmədikləri inkişafın qarşısını almağa çalışırlar və bu siyasət yanlışdır, davamlı deyil.

Üstəlik, Zəngəzur dəhlizinin işləməsi və Ermənistanın öz səhvlərindən əl çəkməsi, təkcə Azərbaycanın və Türkiyənin deyil, dünyanın bir çox ölkələrinin faydası üçün önəm daşıyır”-deyən professor bildirib ki, bu səbəbdən regionda sülh, firavanlıq, iqtisadi inkişaf ancaq güclü Azərbaycan və güclü Türkiyə ilə əldə edilə bilər. Ermənilər sonda bunu qəbul etməli olacaqlar.

İradə Cəlil,Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »