Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan BMT TŞ-yə Qəzza ilə bağlı çağırış edib
Ərdoğan BMT TŞ-yə Qəzza ilə bağlı çağırış edib

İsrailin Qəzzaya hücumları nəticəsində 28 mindən çox fələstinli həyatını itirib, 70 minə yaxın insan isə yaralanıb.

APA-nın verdiyi xəbərə görə, bu barədə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qahirədə misirli həmkarı Əbdülfəttah əs-Sisi birgə mətbuat konfransı zamanı bildirib.

O qeyd edib ki, Qəzzada atəşkəsə nail olmaq və humanitar yardımların maneəsiz çatdırılması prioritet məsələdir: “Ölkəmiz indiyədək Qəzzaya 34 min tondan çox yardım göndərib”.

Ərdoğan, həmçinin başda BMT Təhlükəsizlik Şurası olmaqla beynəlxalq ictimaiyyəti Qəzzada davam edən qətliamı dayandırmaq üçün hərəkətə keçməyə çağırıb.

Son xəbərlər
Bütün xəbərlər »