Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyənin ilk astronavtı Gezeravcı Yerə endikdən sonra ailəsi ilə görüşdüyü anlar - Video
Türkiyənin ilk astronavtı Gezeravcı Yerə endikdən sonra ailəsi ilə görüşdüyü anlar - Video

Sənaye və Texnologiya naziri Mehmet Fatih Kaçır Türkiyənin ilk astronavtı Alper Gezeravcı ilə görüşüb.

Bizimyol.info xəbər verir ki, Sənaye və Texnologiya naziri Mehmet Fatih Kaçır "X" sosial platformasındakı səhifəsində Türkiyənin ilk astronavtı Alper Gezeravcının ailəsi ilə görüşünün görüntülərini paylaşıb.

Astronavt Alper Gezeravcı və onu müşayiət edən daha 3 həkarının içində olduqları "Dragon" kapsulu ilə Yer kürəsinə enib. Gezeravcı və onu müşayiət edən astronavtlar ABŞ-ın Florida ştatı sahillərində okeana endikdən sonra yer qrupu tərəfindən Hyustona gətirilib.

Dünyaya uyğunlaşması çərçivəsində burada dincəlməyə aparılan Gezeravcı ailəsi ilə görüşüb.

Sənaye və Texnologiya naziri Mehmet Fatih Kaçır 21 gün əvvəl kosmosa gedən və bu gün dünyaya qayıdan Türkiyənin ilk astronavtı Alper Gezeravcı ilə görüntülü söhbət edib. Nazir Fatih Kacır: "Bəli, Alper bəy, xoş gəlmisiniz. Sizə sevgi və sağılarımızı bildiririk. Sizi təbrik edirik. Necəsən, həmişəki kimi heyrətamizsən. Sizinlə fəxr edirik. Biz fəxr edirik ölkəmizin Sizin kimi övladları var. Türkiyənin kosmos elmi missiyasını həyata keçirməklə türk milləti üçün tarixdə yeni bir səhifə açdınız. Sizin həyata keçirdiyiniz missiya onlar arasında böyük həyəcan və ruh yüksəkliyi yaradıb", - deyə qeyd edib.

Alper Gezeravcı: "Yaxşıyam, cənab nazir. İlk öncə bütün işlərini buraxıb bura gələn iştirakçılara sonsuz təşəkkürümü bildirirəm. İnşallah, ölkəmizə daha çox uğur gətirəcək işlər həyata keçirəcəyik. Əlavə 6 gün qaldıq. Bu, bizim üçün böyük şans idi. Planlaşdırılan missiya davam etdiyi müddətdə biz artıq əlaqə saxladıq. Prosesi daim izlədiniz. Bütün planlaşdırdığımız işləri həyata keçirdik. Hava şəraitinin əlverişli olduğu bildirildikdən sonra transfer prosesimiz təsdiqləndi. Eniş bizim prioritet yüklərimizi və eksperimental dəstlərimizi soyuducu anbara apardıqdan sonra planlaşdırılıb", - deyə qeyd edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »