Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri Zorlu Töre: “UEFA, FIFA ve dünya utansın”
Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri Zorlu Töre: “UEFA, FIFA ve dünya utansın”

Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri Zorlu Töre: “Kipr türk gəncləri beynəlxalq arenada, FİFA-da idman edə bilmədiyi üçün; UEFA, Yunanıstan Futbol Federasiyası və dünya utanmalıdır”.

Bizimyol.info xəbər verir ki, Respublika Məclisindən verilən yazılı açıqlamaya görə, Töre, Kipr Rum Futbol Federasiyasının prezidenti Yorgos Kumasın: “Biz Kiprdə futbolun statusunun dəyişməsinə və Kipr türk gənclərinin dünyaya açılmasına heç vaxt icazə verə bilmərik”, - açıqlamasına reaksiya verib.

Yunan tərəfinin təzyiqi nəticəsində Kipr türk futbolunun UEFA və FIFA tərəfindən embarqolara məruz qaldığını bildirən Töre, gənclərin dünyaya açıla bilməməsinin onları kədərləndirdiyini qeyd edib.

Kipr Türk futbol komandalarının 1955-ci ilə qədər Kipr Futbol Federasiyasının üzvü olduğunu xatırladan Zorlu Töre, Kipr Rum Futbol Federasiyası üzvlərinin “Türklər və itlər sahəyə girə bilməz” deməsindən sonra Kipr Türk Futbol Federasiyasının yaradıldığını bildirib. Spiker Töre Yunan tərəfinin bu gün də orta əsr zehniyyətini qoruduğunu, UEFA və FIFA-nın bunu dəstəklədiyini bildirib.

Töre dünyada və Avropa Birliyində ədalətin olmadığını və bunu embarqolarla yaşadıqlarını qeyd edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »