Türkiyə Silahlı Qüvvələrinin (TSK) İraqın şimalında PKK terror təşkilatına qarşı əməliyyatları davam edərkən, Ankaradan Bağdada bir-birinin ardınca kritik səfərlər edilib.
Bizimyol.info Türkitə mətbuatına istinadən xəbər verir ki, bu dəfə Milli Müdafiə naziri Yaşar Gülər və onu müşayiət edən Baş Qərargah rəisi ordu generalı Metin Gürak ötən həftə MİT sədri İbrahim Kalının səfərdə olduğu Bağdada gedib.
Nazir Gülər və general Gürak İraqın baş naziri Məhəmməd Şiya Əl-Sudani ilə də görüşüb.
Səfərlərin gündəmindəki bir nömrəli məsələ PKK ilə mübarizə olduğu bildirilir. Türkiyə nümayəndə heyəti ölkənin terrorla mübarizədə qətiyyətini bir daha açıq şəkildə qarşı tərəfə çatdırdığı bildirilir. PKK-nın İraq üçün də təhlükə olduğu xatırladılan görüşlərdə Ankaranın Bağdada bu terror təşkilatına qarşı birgə mübarizə çağırışını təkrarladığı da qeyd edilib.
Ankara İraq ərazisində başda Mahmur düşərgəsi və Sincar olmaqla terror təşkilatı düşərgələrinə qarşı addımlar atacağını gözləyir. Ankaranın Bağdaddan ilkin gözləntisi PKK-nı terror təşkilatı kimi tanıması və terrorçuların ölkədə mövcudluğunu dayandırmaq üçün konkret addımlar atmasıdır.
Qadir, Bizimyol.info






