Yağış bəşəriyyət üçün həyat mənbəyidir. Bir yerə nə qədər yağış yağsa, bir o qədər yaşıllıq və məhsul bol olar. Bu səbəbdən də yuxuda yağış görmək hər zaman xeyirə yozulub.
Yuxuda yağış görməyin bir çox yozumu var. Ümumiyyətlə, yağış zənginlik və gözəllik mənasını daşıyır.
Yuxuda yağış çox güclü deyilsə, bu da bolluğa, ruziyə, bol gəlir və məhsula dəlalət edir.
Evin içərisinə yağış yağsa, yaxşı yozulmur. Bu yuxunu görmək, yuxu görənin maddi itkilər yaşayacağına, bəla və problemlərlə qarşılşacağına işarə edir. Bəzən evin içərisinə yağan yağış ev təsərrüfatının yaşayacağı problemlərə işarədir.
Yuxuda yağış görmək yuxu görən insan üçün şəfa və qurtuluşa işarə edir. Bu da o deməkdir ki, fərd içində olduğu pis əhval-ruhiyyədən qurtulacaq. Bədəni və ruhu yüngülləşəcək, daxili aləmi rahatlaşacaq.
Yuxuda yağışın yağması həm də aclığın, bədbəxtliyin və düşmənçiliyin sonu kimi yozulur.
Yuxuda yağışda islanmaq
Yuxuda yağışda islanmaq, Allahın rəhmət və şəfqətinin əlamətidir.
Yuxusunda özünü yağış suyuna boğulmuş görən adamın bir ili xeyirli və uğurlu olar. Bu yuxu hər mənada bolluq, xoşbəxtlik və sülhə işarədir.
Yuxusunda yağış görən fərd etdiyi səhvlərdən peşman olar. Bu yuxu rəhmət yağışında islanacağınıza və dini cəhətdən inkişaf edəcəyinizə, mənəviyyatınızı artıracağınıza işarə edir.
Yuxuda yağış suyu içmək
Yuxuda yağış suyu içmək bolluq olan günlərin xəbərçisi kimi yozula bilər. Ötən illə müqayisədə maliyyə imkanlarının yaxşılaşması mümkün olacaq.
İnsan yuxuda yağış suyu içərsə, xəstəliklərindən şəfa tapar.
Yuxuda leysan suları görmək
Yuxusunda leysan suları görən insan üçün heç vaxt bitməyəcək bir sərvət və bolluq olacaq. Bu, həm çox xeyirli bir yuxu, həm də insanın şəraitin olduqca yaxşı olacağı bir gələcəyə doğru atacağı addımların xəbərçisidir. Gözəl bir həyatı səciyyələndirən yağış suyu da şəxsin rahat yaşayacağına işarə edir.
Yağış suyu nə qədər çox olarsa, bir o qədər şans və bolluq olar.
Yağış suyunu az görmək, az maliyyə gəliri kimi başa düşülür.
Yuxuda güclü yağış görmək
Yuxuda yağan leysan yağışın mənası, hər yerdə çox yağmasa, daşmasa və insanların evlərinə ziyan vurmasa, xeyirli və gözəl hadisələrin baş verəcəyinin xəbərçisidir.
Yağışın bir yerə yağması yaxşı hal deyil. Ancaq hər yerə yağış yağsa, yaxşı və gözəl hadisələr baş verəcək.
Yuxuda yağışda gəzmək
Yuxuda yağışda gəzmək çox xeyirli və gözəl şeylərə işarə edir.
Yuxuda yağışın canlılara və ətraf mühitə zərər verdiyini görmək, həmişə yaxşı və gözəl məna daşıyır.
Yuxusunda yağış altında gəzdiyini görən insan, onu narahat edən və bezdirən düşüncələrdən qurtularaq rahatlıq tapacaq.
Yağışda gəzmək və yuxuda islanmaq yaxınlaşan xoşbəxtlikdən xəbər verir.
Yuxuda yağış görməyin digər təfsirləri
Yuxuda təmiz yağış suyu ilə yuyulduğunu görmək, qorunmağa işarədir.
Özünüzü dəstəmazlı və ya yağış suyu ilə çimərkən görmək, dini və dünya həyatında həqiqətə işarədir.
Yuxuda təmiz yağış yağdığını görmək və bu yağışın suyundan içmək, yaxşılıq və rifah deməkdir.
Özünüzü buludlu yağış suyu içərkən görmək xəstələnməyə işarədir.
Yağışdan hər yeri su basdığını, ağacları kökündən qopardığını görsə, bu yuxu həmin yerdə baş verəcək nifaq və dağıntıya işarədir.
Bəzən yuxuda yağış, çəyirtkə, dolu və güclü külək kimi gələcək fəlakətlərə və bəlalara işarədir. Xüsusilə, yağışda od olsa və ya su isti olarsa. Bəzən yağış nifaq və qan tökülməsinə işarədir.
İmam Cafer-i Sadıq (r.a) deyərdi ki, yuxuda göydən yağış yağdığını görmək altı mənada yozulur: bol ruzi, rahat həyat, çoxlu mal, ucuzluq, fayda və yoxluq…
İlahin, Bizimyol.info






