Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çin-Tayvan münaqişəsinin əsas səbəbi: "Biz su müharibələri gözləyərkən, çip müharibələri başlayır"
Çin-Tayvan münaqişəsinin əsas səbəbi: "Biz su müharibələri gözləyərkən, çip müharibələri başlayır"

"Çip istehsalı 1990-cı illərdə Qərbdə, amerikalı və avropalılarda olub. Bu gün isə, 80 faizi Asiyadadır. Və Qərblilər bu reallığı qəbul etmək istəmirlər".

Bizimyol.info xəbər verir ki, bu sözləri Intel Korporasiyasının Yeni Texnologiyalar Bölməsinin Dünya vitse-prezidenti Ayşegül İldeniz “Teke-Tek Bilim” proqramında ona çip mövzusunda ünvanlanan suala cavabında bildirib.

“COVID-19 oldu, batdıq. Süni intellekt gəldi, onlar istehsal edirlər və biz bundan geri qalmamalıyıq. Bu səbəbdən də, amerikalılar 250 milyard dolları, avropalılar da milyardlarla euronu boş-boşuna xərcləmirlər. Onlar dedilər ki, “Biz strateji bir qərar aldıq, istehsalı öz ölkəmizə gətiririk”. Burada bir problem olarsa, mənim fikrimcə, Tayvana görə olacaq. Çinlilər deyəcəklər ki, “mənim pəncərəm çox qısadır”. Qərbə çatmalıyam. Onların icad etdiyi 3 nanometrə çatmalıyam, onlara çatmalıyam. Oturub gözlədikcə onlar irəliləyirlər, tezliklə hərəkətə keçməliyəm deyə bilərlər”-deyə Ayşegül İldeniz hesab edir ki, Çin və Tayvan arasındakı gərginliyin artmasının əsas səbəbi budur və görünən odur ki, çip müharibələri yaxındadır.

Ayşegül İldeniz çiplərin ölçülərindən də danışıb. Onun sözlərinə görə, çip istehsalında müəyyən bir sərhəd var və bəşəriyyət artıq həmin sərhəddə yaxınlaşıb.

“Sıfır nanometr, 0,75 nanometr ola bilməz. Mor qanunu bir nöqtədə dayanır və dayanmağa az qalıb. Mor qanununa görə 18 ayla 2 il arasında bir çipin arasına sıxışdırıla bilən transistor miqdarının iki dəfə artması artıq sərhədə yaxınlaşıb. Yəni artıq dayanmalıdır. Çünki bir atomun içində elektronları sıxışdırma səviyyəsi bir yerdə dayanır. Nə qədər sıxışdıra bilər ki…”-deyən Ayşegül İldeniz vurğulayıb ki, çipin ölçüsü 3 nanometrə çatarsa, proses gücü artar, istifadə etdiyi güc miqdarı azalar. Bunlar bir-biri ilə tərs mütənasibdir. Bu nisbət nə qədər yaxşılaşarsa, həyata keçirə biləcəyiniz möhtəşəm işlərin sayı da artar.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »