Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İngiltərədə 16 yaşından kiçik uşaqlara sosial şəbəkə qadağası gündəmdədir - Nazirliklər araşdırma aparacaq
İngiltərədə 16 yaşından kiçik uşaqlara sosial şəbəkə qadağası gündəmdədir - Nazirliklər araşdırma aparacaq

Böyük Britaniya hökuməti 16 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsini qadağan etməyi planlaşdırır. Qərar hələ ilkin mərhələdədir və icrasına gələn ildən başlanılacağı gözlənilir.

Bizimyol.info xəbər verir ki, Türkiyə mətbuatının verdiyi məlumata bildirilir ki, smartfonların və internetin geniş istifadəsi bir çoxumuzun sosial mediaya aludə olmasına səbəb olub. Orta yaşlı fərdlər üçün böyük risklər daşıyan bu vəziyyət, gənc və yeniyetmələr üçün çox daha əhəmiyyətlidir. Görünür, bundan xəbərdar olduğuna görə, Britaniya hökuməti məsələ ilə bağlı mühüm qərar verməyi planlaşdırır.

Məsələ ilə bağlı məlumatlı mənbələrdən alınan məlumata görə, Böyük Britaniyanın baş naziri Rişi Sunak 16 yaşından kiçik uşaqların sosial mediadan istifadəsini qadağan etmək üçün plan hazırlanması barədə göstəriş verib. Hələ ilkin mərhələdə olan plan gələn ilin əvvəlində müzakirə olunacaq. Lakin belə bir tənzimləmənin planlaşdırılması Böyük Britaniyada mübahisələrə səbəb olub.

Nazirliklər sosial medianın uşaqlar üçün risklərini araşdıracaq

"Bloomberg"ə danışan anonim mənbələrə görə, hökumət 2024-cü ilin yanvar ayından etibarən müvafiq nazirliklərə göstərişlər verəcək. Bu təlimatla sosial mediadan istifadənin uşaqlar üçün potensial riskləri araşdırılacaq. Tədqiqat prosesinin nəticəsi olaraq bütün iştirakçı tərəflər bir araya gələcək və məsləhətləşmələr aparacaq. Müzakirələrdən sonra 16 yaşdan kiçik uşaqlar üçün sosial mediadan istifadənin qadağan edilib-edilməyəcəyi ilə bağlı yekun qərar veriləcək.

Xəbərin mübahisə yaratmasına səbəb daha çox bu qadağanın necə həyata keçiriləcəyi ilə bağlıdır. 16 yaşından kiçik uşaqların sosial şəbəkələrdən istifadəsinə necə qadağa qoyulacağı və bunun üçün hansı monitorinq mexanizminin qurulacağı hələlik məlum deyil. Bəzi insanlar bunun şəxsi həyat hüququna zidd olacağını düşünür, bəziləri isə uşaq istismarının hər şeydən daha vacib olduğunu düşünür.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »