Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan Qətərə gedir: Daimi atəşkəs axtarışı...
Ərdoğan Qətərə gedir: Daimi atəşkəs axtarışı...

İsrailin Qəzzaya hücumlarını yenidən artırdığı bir vaxtda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “daimi atəşkəs” gündəmi ilə bu gün Qətərə gedir.

Bizimyol.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan Dohada Qətər əmiri Şeyx Təmim bin Həməd Əl Tani ilə görüşəcək.

Türkiyə Prezidenti ötən həftə Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) etdiyi səfərdən sonra Qətərlə Körfəz təmaslarını bu gün də davam etdirəcək. Dekabrın 4-5-də Dohada keçiriləcək danışıqların əsas gündəminin İsrailin “humanitar fasilədən sonra Qəzzaya yenidən hücumları, bölgəyə humanitar yardımın çatdırılması və girovların dəyişdirilməsi ilə bağlı irəliləyişlərin olacağı gözlənilir. Ərdoğanın döyüşlərin dayandırılmasında asanlaşdırıcı rol oynamış Qətərlə də atəşkəsin uzadılması və daimi olması üçün əsaslar çatdıracağı bildirilir.

Ərdoğan ötən həftə partiyasının parlament qrup toplantısında Qəzza ilə əlaqə tədbirlərini gücləndirməyə davam edəcəklərini bildirib. Ərdoğan: "Biz məhbus mübadiləsini və humanitar müdaxiləni qan tökülməsini müəyyən qədər dayandırmaq baxımından müsbət hal kimi görürük. Biz sazişin yaradılmasında əməyi olan bütün qardaş ölkələrə təşəkkür edirik", - deyə qeyd edib.

Ərdoğanın Qətər Əmiri Əl Tani ilə görüşündə ikitərəfli və regional münasibətlərin, həmçinin İsrail-Fələstin münaqişələrinin gündəmdə olması gözlənilir. İki lider; İqtisadi əlaqələr, investisiyalar, ticarət əlaqələri və müdafiə sənayesində əməkdaşlıq kimi sahələrdəki inkişafın qiymətləndirilməsi də daxil olmaqla nəzərdə tutulan bir sıra məsələlər barədə müzakirə aparacaq.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »