Malatyanda 4,8 bal gücündə zəlzələ olub.
Bizimyol.info xəbər verir ki, Türkiyə Fövqəladə Halların İdarə edilməsi Agentliyinin (AFAD) saytında verilən məlumata görə, saat 03.18-də Malatyanın Akçadağ rayonunda zəlzələ baş verib.
Zəlzələ yerin 7 kilometr dərinliyində baş verib. Zəlzələ ətraf əyalət və rayonlarda da hiss olunub.
Təbiyət hadisəsindən sonra heç bir mənfi hadisənin yaşanmadığı qeyd edilib.






