İran prezidenti İbrahim Rəisinin Türkiyəyə səfəri BMT Təhlükəsizlik Şurasının (TŞ) Qəzza zolağındakı vəziyyətlə bağlı iclası ilə əlaqədar təxirə salınıb və prezidentlər bunu telefon danışığı zamanı müzakirə ediblər.
Bizimyol.info xəbər verir ki, bu açıqlama ilə İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan çıxış edib.
“Prezident İbrahim Rəisinin Ankaraya rəsmi səfəri nəzərdə tutulmuşdu, lakin BMT Təhlükəsizlik Şurasının Qəzza zolağındakı vəziyyətə həsr olunacaq, eləcə də İran və Türkiyə xarici işlər nazirlərinin dəvət aldığı iclası səbəbindən təxirə salınıb. Telefon danışığı zamanı iki ölkənin prezidentləri razılaşıblar ki, planlaşdırılan səfər bir neçə gün sonra baş tutacaq və bu səfər zamanı tərəflər Təhlükəsizlik Şurasının iclasının nəticələrini də müzakirə edəcəklər”, - deyə "IRNA" agentliyi Abdullahiana istinadən xəbər verir.
Qadir, Bizimyol.info






