Müxtəlif səbəblər nəticəsində yaranan miyalgiya (əzələ revmatizması) günümüzdə ən çox rast gəlinən əzələ xəstəliklərindən biridir. Əzələ ağrıları xalq arasında ümumi şikayətdir. Bu ağrılar çox uzun oturmaq və ya ayaq üstə durmaq, düzgün olmayan duruş, ağır və qeyri-adi hərəkətlər və ya gərgin məşqlər nəticəsində yarana bilər. Bu ağrılara səbəb olan xəstəliklərdən biri də miyalgiyadır. Müxtəlif simptomları olan bu pozğunluq müəyyən bölgədə şiddətli ağrılara səbəb ola bilər və gündəlik həyatınıza mənfi təsir göstərə bilər.
Bizimyol.info Türkiyə mətbuatına istinadla xəbər verir ki, miyalgiyanın səbəblərindən asılı olaraq, ağrının sahəsi və şiddəti fərqli ola bilər. Ancaq tibbi üsulların inkişafı ilə miyalgiyasnın müalicəsi son dərəcə asanlaşıb. Mütəxəssis bir həkimlə birlikdə həyata keçirilən fizioterapiya yaşanan miyalgiya ağrısını tez bir zamanda aradan qaldıra bilər.
Miyalgiya nədir?
Sadə dillə desək, miyalgiya əzələ ağrısının tibbi adıdır. Səbəbdən asılı olaraq, miyalgiya bədənin bir neçə yerində baş verə, kiçik və ya böyük sahələrə təsir göstərə bilər. Bu əzələ ağrılarının şiddəti, yüngül ağrılardan dözülməz ağrıya qədər dəyişə bilər. Bəzi miyalgiya növləri daha şiddətli ola və fərqli müalicə tələb edə bilər.
Miyalgiyanın hansı növləri var?
Polimiyalgiya və fibromiyalgiya da daxil olmaqla iki fərqli miyalgiya növü var. Polimiyalgiya bədənin hər iki tərəfində boyun, çiyin, qol və ayaqda müxtəlif ağrı və sərtliyə səbəb olur. Bunlar ən ümumi simptomlardır, lakin fərqli simptomlar da müşahidə edilə bilər.
Fibromiyalgiya oynaqlarda, əzələlərdə və bağlarda müxtəlif yüngül ağrılara səbəb olur və təzyiq tətbiq edildikdə şiddətlənir. Fibromiyalgiya yuxusuzluq, qıcıqlanmış bağırsaq sindromu, artrit və hətta depressiya da daxil olmaqla müxtəlif səbəblərlə əlaqələndirilə bilər.
Miyalgiyanın səbəbləri nələrdir?
Əzələlərə ağır yük, dərmanların əks təsirləri, zədə, stress, kifayət qədər su istehlak etməmək və s.
Əzələlərə güclü yük dözülməz ağrıya səbəb ola bilər. Mialgiya ağır əşyaları qaldırarkən və ya məşq edərkən əzələləriniz normaldan daha çox gərginləşdiyi üçün baş verə bilər. Ancaq bu ağrılar müxtəlif müalicələrlə asanlıqla aradan qaldırıla bilər.
Dərmanların əks təsirləri
Bazarda olan bir çox dərmanın əzələ ağrısı da daxil olmaqla bir çox əks təsiri var. Bundan əlavə, resept dərmanları əzələ toxumalarınızı təsir edən müxtəlif ağrılara səbəb ola bilər. Ona görə də istifadə etdiyiniz bütün dərmanları mütəxəssis vasitəsilə istifadə etməyi tövsiyə edirik.
Zədə
Müxtəlif zədələr də əzələlərdə ağrıya səbəb ola bilər. Ancaq bu ağrılar qısa müddətli olur və yalnız təsirlənmiş bölgəyə təsir göstərir. Ancaq əzələləriniz ciddi şəkildə təsirlənirsə, yaşadığınız ağrı xroniki hala gələ bilər.
Stress
Stress hiss etdiyiniz zaman əzələlərinizin adi haldan daha gərgin və ağrılı olduğunu görə bilərsiniz. Çünki psixoloji və ya fiziki gərginlik əzələlərinizin daralmasına səbəb olur.
Bu, bədənin zədə və ağrıdan qorunmaq məcburiyyətində qaldığı bir reaksiya növüdür. Uzun müddət davam edən stress əzələ ağrısına səbəb ola biləcək daimi əzələ gərginliyi vəziyyəti yarada bilər.
Kifayət qədər su istehlak etməmək..
Kifayət qədər su istehlak etməmək əzələ kramplarına və ağrıya səbəb ola bilər. İdman edərkən, xüsusilə isti havalarda kifayət qədər su içdiyinizə əmin olun. Dehidrasiya məşqdən sonra artan əzələ ağrılarına səbəb ola bilər.
Mialgiyanın əlamətləri: Ağrı hər hansı bir infeksiyadan qaynaqlanırsa, qızdırma və titrəmə, zəiflik, həddindən artıq yorğunluq hissi, daimi ağrı səbəbiylə depressiya, həssaslıq, qızartı…
Səbəbindən asılı olaraq, hiss edilən əzələ ağrısı yüngül və ya olduqca şiddətli ola bilər. Bundan əlavə, bu ağrılar bir çox xroniki vəziyyətin əhəmiyyətli simptomları ola bilər. Bu simptomlar əsas səbəb və ya xəstəliyə görə dəyişə bilər.
Fərdlərin yaşadığı əzələ ağrısı lokallaşdırıla və ya daha geniş ərazilərdə yaşana bilər. Miyalgiyanın yaratdığı ağrı səviyyələri fərqli olsa da, bir neçə dəqiqədən bir neçə saata qədər davam edə bilər. Ağrının intensivliyi və ya müddəti ağrıya səbəb olan amillərdən asılı olaraq dəyişir. Əgər sizdə bu simptomlar varsa, hərəkətlərinizi məhdudlaşdırdığı üçün miyalgiya səbəbi ilə, gündəlik fəaliyyətləri yerinə yetirməkdə çətinlik çəkə bilərsiniz. Təkrarlanan və ya davamlı ağrılar öz hərəkətlərinizə fokuslanmağı son dərəcə çətinləşdirir və sosial həyata müdaxilə edir.
Miyalgiya necə müalicə olunur?
Fizioterapiya əksər miyalgiya halları üçün ən uyğun üsul hesab olunur. Bu üsul, ağrılı əzələlərin elastikliyini artırmağa kömək edir və bu bölgəni dəstəkləmək üçün ətrafdakı toxumaları gücləndirir. Fiziki müalicə ilə yanaşı, dərmanlar tez-tez ağrıları idarə etməyə kömək edən üsullara üstünlük verilir.
Həddindən artıq yüklənmə və ya zədə nəticəsində yaranan əzələ ağrıları, bədənin istirahəti və reseptsiz satılan ağrıkəsicilərlə aradan qaldırıla bilər. Eyni zamanda ağrılı nahiyəyə buz terapiyası tətbiq etmək ağrı və gərginliyi azaldır.
Sıx və ağır əzələ istifadəsi nəticəsində yaranan miyalgiya və ya fibromiyalgiya kimi bir vəziyyət masaj və ya yumşaq dartma məşqləri ilə müalicə edilə bilər. Təxminən 3-4 gündən çox davam edən ağrılar həkim tərəfindən müayinə və müalicə edilməlidir.
İlahin, Bizimyol.info






