Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Cümhuriyyətin üzünü unutmuram... Daha yüz il də keçsə, unutmayacam...
Cümhuriyyətin üzünü unutmuram... Daha yüz il də keçsə, unutmayacam...

Uşaq yaşlarımda televiziyada Türkiyənin Cümhuriyyət tarixinə aid bir sənədli filmi izlərkən ilk dəfə görmüşdüm onu. "Ne mutlu Türküm diyene!" sözləri ilə bitirdiyi nitqi hələ də qulaqlarımdadır. Cümhuriyyətin qurucusu, Başkomandan və "Başöğretmen" ünvanlarına sahib, Qazi Marşal Mustafa Kamal Atatürkü ilk o an gördüm, o an tanıdım. Unutmadım...

...Həyatımın 8 ili onun təhsil aldığım ocaqda divarda asılmış şəklini gördüm. O şəklin yanındakı "İstiqlal Marşı"nı hər gün təkrarladım gözlərimlə. Hər gün o ocağın qapısından girəndə "Türkün andı"nı oxudum yüksək səslə. Ürəyimdə o sözləri dərinə yazdım, "dərin" duyğularımla...

"Ey Büyük Atatürk! Açtığın yolda, gösterdiğin hedefe durmadan yürüyeceğime ant içerim" dedim. Açdığın yolda yeridim. Dayanmadan, yorulmadan...

...Həyatımın 4 ili sənin adını daşıyan universitetdə - Atatürk Universitetində ali təhsil ocağında keçdi. Hər gün adını daşıyan o ocaqda sənin adını görmək, varlığını hiss etmək... Necə bir hissdir, mən bilirəm.

İllərim, aylarım, həftələrim, günlərim, saatlarım, dəqiqələrim, saniyələrim... Türkiyənin neçə şəhərində, neçə kəndində addımladım. Neçə yerlərdən keçdim, neçə yerdə bayrağının yanında dayanıb səmada parıldayan o işığa baxdım - sənə...

Türkiyənin hər səhərində Cümhuriyyətin çağırışının simvolu olan "İstiqlal marşı" oxunanda böyükdən kiçiyə bütün əlləri ürəyin üstündə gördüm. O əllər sənin ürək döyüntülərini hiss edirdi hər toxunuşda. O yaşaran gözlər sənə həsrətin yağışı idi, süzülürdü damla-damla. O baxışlar səni axtarırdı, ucsuz bucaqsız göyüzündə...

...Mən də gördüm səni. Sadəcə televiziyada deyil. Tekirdağda, İstanbulda, Sakaryada, Kocaelidə, Bursada, Balıkesirdə, Çanakkalede, Manisada, İzmirdə, Aydında, Muğlada, Antalyada, Ispartada, Konyada, Eskişehirdə, Ankarada, Trabzonda, Rizedə, Elazığda, Ərzurumda, Muşda, Bingöldə, Tuncelidə, Diyarbakırda... Türkiyənin hər şəhərində olmasam da, hər nöqtəsində səni axtardım. Yüz şəhərdə olmadım, yüzlərlə insan tanıdım. O insanların gözlərində, sözlərində, xatirələrində, xəyallarında, arzularında tapdım səni.

Fatma, Ayhan, Eyüp, Hakan, Raci, Naci, Uğur, İhsan, Şafak, Haluk, Hande, İdil, Ahmet, Mehmet, Göktuğ, Gonca, Gülfer, Yekta, Gökhan, İlyas, Davut, Ümit, Adem, Celalettin, Enbiya, Sultan, Hafize, Çiğdem, Semra, Merve, Nazlı, Atilla, Muhammet, Mertcan, Tolga, İdris, Neşe, Cemile, Saper, Soner, Ulaş, Meltem, Ramazan, Recep, Nil, Doğukan, Gülşah, Ayşegül, Mine, Fatih, Yakup, Dilara, Dilek, Tevfik, Ufuk, Ülkü, Fatma, Fatih, Nurşen, Onur, Neslihan, Yasin, Oğuz, Gülay, Yağmur, İsmet, Furkan, Doğan, Reyhan, Doğa, Sabit, Erdem, İmren, Koray, Şenol, Cihan, Saddam, Hisar, Kader, İlayda, Tuğrul, Orhan, Kürşat, Aynur, Cansu, Can, Aslıhan, Hasan, Tahsin, Vedat, Emir, Seda, Gülbin, Serhat, Ersel, Birce, Yiğit, Melih, Evren, Çisil, Öykü, Yeşim, Zeynep, Sedat, Eren, Özgür, Dilan, Nergis, Hüseyin, Emrah, Aynur, Alper, Güner, Emine, İshak, Cansın, Başak, Nihal, Selen, Seren, Hande, Raziye, Pınar, İpek, Salih, Yelda, Didem, Ömer, Eda, Bahar, Gül, Çağlar, Rumeysa, Hayrunisa, Çetin, Nurperi, Özlem, Hasret, Önder, Mustafa, Kemal... adı bu paraqrafda olduğu kimi səninlə bitən daha neçə "sən"... tanıdım, yaxşı ki...

Sən sadəcə "Başkumandan" və "Başöğretmen" ünvanlarına sahib, Qazi Marşal Mustafa Kamal Atatürk deyilsən. Sən hər döyünən ürəkdə yaşayan "Cümhuriyyət"in özüsən...

Sənin üzünü unutmadım, "yüz"ünü də... Xoş gəldin, bizə... Yaxşı ki, varsan...

Orxan Musabəyli, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »