Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanın müşahidəçi olduğu Şəhid Leytenant Caner Gönyeli adına Axtarış-xilasetmə təlimləri başa çatıb
Azərbaycanın müşahidəçi olduğu Şəhid Leytenant Caner Gönyeli adına Axtarış-xilasetmə təlimləri başa çatıb

Şəhid Leytenantın xatirəsinə həsr edilmiş Caner Gönyeli 2023 Axtarış-Xilasetmə Dəvət Təliminin dəniz mərhələsi uğurla tamamlanıb.

Bizimyol.info xəbər verir ki, təlimin dəniz mərhələsi dünən Şərqi Aralıq dənizinin Famaqusta sahillərində Türkiyə axtarış-xilasetmə zonasında Türkiyə və ŞKTC hərbçi və mülki komandaların iştirakı ilə həyata keçirilib.

Təlimin dəniz mərhələsində iki ssenari həyata keçirilib. Birinci ssenaridə ticarət yaxtası ilə çoxlu nizamsız immiqrantın olduğu quru yük gəmisinin toqquşması nəticəsində dənizə düşən immiqrantlar xilas edilib.

Ssenariyə əsasən, yanğın nəticəsində quru yük gəmisində sıxışıb qalanlar da xilas edilib və gəmidəki yanğın söndürülüb.

İkinci ssenaridə ticarət gəmisi ilə tankerin toqquşması nəticəsində dənizə düşən qurbanlar xilas edilib. Mazutun dənizə yayılmasının qarşısını almaq üçün tədbirlər görülüb.

Təlimdə Kosovo, Cibuti, Azərbaycan, Qətər, Liviya və Pakistandan 13 hərbi attaşe də müşahidəçi qismində iştirak edib.

Türkiyə Sahil Mühafizəsi komandanı kontr-admiral Əhməd Kendirin komandanlığında keçirilən təlimdə TBMM sədri və sədr müavini Zorlu Töre, Türkiyənin Lefkoşadakı səfiri Metin Feyzioğlu, Kipr Türk Sülh Qüvvələri komandanı general-mayor Sabahattin Kılınç, Təhlükəsizlik Qüvvələrinin nümayəndələri iştirak ediblər. Komandir general-mayor Osman Aytaç, xarici işlər naziri Tahsin Ərtoğruloğlu, Türkiyə daxili işlər nazirinin müavini Mehmet Sağlam, Caner Gönyelinin qardaşı və mətbuat mənsubları “TCSG Yaşam” korvetindən təlimi izləyiblər.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »