"BioNTech" tərəfindən hazırlanmış xərçəng peyvəndi ümidverici nəticələr əldə edib.
Bizimyol.info xəbər verir ki, Almaniyada yaşayan türk tibb araşdırıcıları Uğur Şahin və Özlem Türeci tərəfindən hazırlanan xərçəng peyvəndi olan "CARVac"ın masbət nəticələti təsdiqlənib.
"BioNTech" biotexnologiya şirkətinin qurucuları Uğur Şahin və Özlem Türeci İspaniyanın paytaxtı Madriddə keçirilən Avropa Tibbi Onkologiya Cəmiyyətinin Konqresində 15 ildir üzərində çalışdıqları xərçəng peyvəndinin ilk nəticələrinin ümidverici olduğunu açıqlayıblar.
Şahin və Türeci, xərçəng peyvəndi "CARVac"dan əldə edilən ilk nəticələrə görə, şişlərin böyüməsini dayandıra biləcəyini və hətta onları məhdudlaşdıra biləcəyini açıqlayıb.
"CARVac" dörd dozada 44 xəstəyə verildi. Tətbiq nəticəsində, subyektlərin yüzdə 59-da şişlər ən az yüzdə 30 nisbətində qədər kiçilib. Xəstələrin 95 faizində xərçəng peyvəndi tətbiq edildikdən sonra şişlər sabitləşib və böyüməyi dayandırıb. Xərçəng peyvəndinin tətbiqi zamanı subyektlərin 23-də dozadan asılı olaraq iltihablı reaksiyaların artması müşahidə edilmişdir.
Verilən məlumata götə, aşağı təzyiq və qızdırma kimi yan təsirlərin müşahidə edildiyi də bildirilib.
"BioNTech" şirkəti 2030-cu ilə qədər təxminən 10 min xərçəng xəstəsini müalicə etməyi hədəfləyir.
Qadir, Bizmyol.info






