Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"İsrail-Fələstin münaqişəsini Azərbaycan-Türkiyə münasibətlərinə nifaq salmaq üçün istifadə edirlər"
"İsrail-Fələstin münaqişəsini Azərbaycan-Türkiyə münasibətlərinə nifaq salmaq üçün istifadə edirlər"

“Fələstin və İsrail arasında başlayan müharibə fonunda Azərbaycanın Fələstini deyil, İsraili dəstəkləməsi ilə bağlı mübahisələr gündəmə gəldi. Türkiyədə Azərbaycan əleyhinə ictimai rəy yaradılmağa başladı. Bu ictimai rəyi yaradanların əksəriyyəti İran mərkəzli agentlərdir. Azərbaycan da İsraili bu dönəmdə dəstəkləyib dəstəkləməməsi ilə bağlı açıqlama vermədi. Azərbaycan dövlət başçısı Fələstin məsələsində hər zaman Fələstinlilərin yanında olduğuna dair açıqlama verdi.

Bu barədə Bizimyol.info xəbər portalına Dünya TURKİYAD Dərnəyi başqan vəkili Səlcuq Düzgün danışıb. O, vurğulayıb ki, Azərbaycan dövləti Qarabağ müharibəsində fələstinlilərdən dəstək görmədi. Bunun əksi olaraq, fələstinlilərdən görə bilmədiyi dəstəyi İsraildən artıqlaması ilə gördü. Bununla yanaşı, Azərbaycan dövləti İsrail dövləti ilə müttəfiqlik münasibətləri yaratmış oldu.

Dünya TURKİYAD Dərnəyi başqan vəkili Səlcuq Düzgün Dünya TURKİYAD Dərnəyi başqan vəkili Səlcuq Düzgün

“Ermənistanda Azərbaycan və İsrail bayraqları bərabər yandırılanda, İranda, Fələstində Ermənistan bayraqları gəzdirildi. Belə bir münasibət qarşısında Azərbaycan dövlətinin niyə İsrail ilə münasibət qurduğunu mübahisə etmək, dövləti idarəolunması ilə bağlı məlumatların əksik olmaq deməkdir. Azərbaycan dövləti müttəfiqi ilə əlaqəli hər münasibəti qurmuş, Qarabağ müharibəsində kim ona dəstək veribsə, onun yanında olub, onunla görüşmüşdür”-deyə Səlcuq Düzgün vurğulayıb. Onun sözlərinə görə, son dövrlərdə belə, Azərbaycanın hər hansı bir səlahiyyətlisi “bu, haqlıdır, bu, haqsızdır” kimi ifadə istifadə etməyib.

Türkiyəyə gəldikdə, Səlcuq Düzgün bildirib ki, Türkiyə dövləti Fələstin-İsrail müharibəsində hər iki tərəfi də danışıqlara çağıraraq, bu işin sülh yolu ilə həll olunması üçün vasitəçi olaraq hər addımı atıb.

Səlcuq Düzgünün fikrincə, gündəmdəki siyasi və dini mübahisələr təhrik etmək üçündür.

“Azərbaycan hakimiyyəti özünəməxsus şəkildə dövlət idarə etməkdədir. Azərbaycan dövləti öz milli maraqları üçün nə lazımdırsa, onu etməkdədir. Türkiyə dövləti ilə Azərbaycan dövləti arasında olan münasibətlər, sadəcə dövlətlərarası münasibət deyil, həm də qardaşlıq münasibətidir. Bu səbəbdən də, Azərbaycanın kimi dəstəklədiyini müzakirə etmək və ya bu mövzuda mübahisə etmək haqqımız yoxdur. Azərbaycan dövlət olaraq, öz maraqları üzrə irəliləyir. Türkiyənin Azərbaycanla, Fələstin və İsrail məsələsində arasının pozulması mümkün deyil. Bunu düşünənlər yanılırlar”-deyə Səlcuq Düzgün vurğualyıb.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »