Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"İsrail-Fələstin münaqişəsi pandemiya sonrası "dirçələn" turizm bazarına yeni zərbə vurdu"
"İsrail-Fələstin münaqişəsi pandemiya sonrası "dirçələn" turizm bazarına yeni zərbə vurdu"

20 oktyabr tarixində Bakıda “Uzakrota Baku 2023” turizm sammiti baş tutub. Sammitdə çıxış edən “Festatur” şirkətinin idarə heyətinin rəhbəri Handan Bozdağ Yıldırım qeyd edib ki, son dövrlərdə yaşanan xoşagəlməz hadisələr 2024-cü il proqnozlarında da, neqativ fikirlərə özündə yer açır.

“Uzakrota Baku 2023” turizm sammitinin rəsmi media tərəfdaşı Bizimyol.info xəbər verir ki, tədbirdə sualları cavablandıran Handan Bozdağ Yıldırım süni intellektin imkanlarının məhdud olduğunu və bir nöqtəyə qədər nəticə verdiyini təsdiqləyib.

“Bu səbəbdən müasir tələblər sadəcə süni intellektdən istifadə etməklə ödənmir. Turizm sahəsinin şirkətləri, sektorun peşəkarları özünü inkişaf etdirməlidir. Eyni zamanda sektordakı rəqabətin sadəcə qiymətdən asılı olmadığını anlamalıdır. Rəqabət qiymətdən əlavə xidmətdə də olmalıdır. Müştərini anlamaq sadəcə onun cibinə güzəşt təmin etmək deyil. Keyfiyyətli xidmət də rəqabətin gücünü və dəyərini artıracaq"-deyə Handan Bozdağ Yıldırım qeyd edib.

Şirkət nümayəndəsi bildirib ki, Rusiya-Ukrayna müharibəsi Avropa turizminə də təsir edib. O, qeyd edib ki, yenidən "alovlanan" müharibələr başqa bölgələrdə də mənfi nəticələr gətirəcək.

"Rusiya-Ukrayna müharibəsi Avropa turizminə və turistin səyahət istiqaməti seçimlərinə ciddi mənfi təsir göstərməyə davam edir. Bununla yanaşı, bu illərdə Orta Şərqin parıldayan və böyüyən turizm bazarı var idi. Təəssüf ki, yaxın dönəmdə yaşanan İsrail-Fələstin münaqişəsi də turizm bazarının inkişafına zərbə vurmağa davam edəcək. Turizm sektoru olaraq, pandemiya dövründə və sonrasında ciddi çətinliklərimiz oldu. Müharibələr də bunun ağır formatda davam etməsinə səbəb olur"-deyə Handan Bozdağ Yıldırım qeyd edib.

Xatırladaq ki, 20 oktyabr tarixində Bakıda “Uzakrota Baku 2023” turizm sammiti keçirilib. Tədbirdə turizm sektorunun peşəkarları və sahəyə maraq göstərən gənc nəslin nümayəndələri iştirak edib. Tədbirdə turizmin bu günü, görüləcək tədbirlər, səyahətlərin planlaşdırılması və s. mövzulardan söz açılıb. Turizmin gələcəyinin müzakirə olunduğu sammitdə müasir və innovativ təkliflər verilib. İllərdir müxtəlif ölkələrdə keçirilən “Uzakrota” sammitləri turizmin mərkəzini bir nöqtədən başqa nöqtəyə daşımağa davam edəcək.

İradə Cəlil - Orxan Musabəyli, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »