Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Avropa Parlamentində Azərbaycan və Türkiyəyə fərqli motivlərdən neqativ münasibət bəsləyənlər var"
"Avropa Parlamentində Azərbaycan və Türkiyəyə fərqli motivlərdən neqativ münasibət bəsləyənlər var"

Avropa Şurası Parlament Assambleyasının növbəti sessiyasında Azərbaycan və Türkiyə əleyhinə qərarlar qəbul edilib. Nümayəndə heyətinin üzvü Armen Gevorkyan təklif edib ki, Türkiyə və Azərbaycan AŞ PA-dan xaric edilsin. “Sözlərimi ümumiləşdirmək üçün qeyd etmək istərdim ki, Azərbaycan və Türkiyənin Avropa Şurasında bundan sonra da cəzasız qalması bu təşkilatın ideoloji ölümü ilə nəticələnəcək”- deyə Armen Gevorkyan əlavə edib.

Politoloq Nazim Cəfərsoy Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, əslində Avropa Parlament Assambleyasının Türkiyə və ümumi proseslərlə bağlı belə qərarları çoxdur.

Nazim Cəfərsoy Nazim Cəfərsoy

“Bunlar Azərbaycan və Türkiyə mövzusunda real nəticəsi olmayan geosiyasi məsələlərdir. Avropa Parlamentində hər cür ölkədən hər cür siyasi görüş var. Bunlar içərisində Azərbaycan və Türkiyəyə fərqli motivlərdən neqativ münasibət bəsləyənlər var. Bəziləri erməni motivi, bəziləri siyasi sistem, bəzisi xristian təfəkkürü, bəzisi başqa motivlərlə Azərbaycana və Türkiyəyə qarşı neqativlər fikirləri hər fürsətdə dilə gətirirlər”- deyə Nazim Cəfərsoy bildirib. O, qeyd edib ki, indi də son proseslərdə bu neqativlər dilə gətirilir. Ermənistan nümayəndə heyətinin bu açıqlamaları da reallığı əks etdirməyən və pratikada nəticəsi olmayacaq açıqlamalardır.

“Yəni belə bir qərarı Avropa Parlamentinin ala biləcəyini düşünmürəm. Belə qərarların alınmasının Avropaya da  faydası olmaz. Azərbaycan və Türkiyə üçün də o qədər böyük dramatik nəticələri  olmaz”-deyə Nazim Cəfərsoy bildirib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »