Türkiyənin Turizm şəhəri Antalya sualtı sərvətləri ilə də diqqət çəkir. Qazipaşa səmtindən Kaş Kalkana qədər olan ərazidə 222 dalğıc nöqtəsi olan şəhərdə zamanla tarixi əhəmiyyətə malik bir çox gəmi qəzasının baş verdiyi bildirilir.
Bizimyol.info xəbər verir ki, sualtı arxeoloqu Aralıq dənizi Universiteti (AU) Gözəl Sənətlər Fakültəsi Mədəni İrsin Qorunması və Bərpası Bölümü Başçısı Dos. Dr. Hakan Öniz Mədəniyyət və Turizm Nazirliyinin icazəsi ilə Antalya-Mersin sahil bölgəsində arxeoloji sualtı araşdırmalar aparır. Ekspertlər qrupunda 12 ölkədən 20 xarici tədqiqatçı da araşdırmanı dəstəkləyir.
Tədqiqat zamanı dənizdə daha əvvəl naməlum olan 15 gəmi qəzası aşkar edilib. Batmış gəmilərin tapılmasının çox əhəmiyyətli olduğunu qeyd edən Hakan Öniz, batan gəmilərlə bağlı məlumatlardan dövrün ticarətini, sosial quruluşunu və iqtisadi vəziyyətini əldə etdiklərini söyləyib. Öniz: “Bunlar tarix daşıyıcıları xüsusiyyətinə malikdir. Eramızdan əvvəl batan gəmi tapa bilsəydik, batan gəminin içindəki bütün əşyaları, hansı amforaların istehsal edildiyini, onların hansı gəmi texnologiyalarına sahib olduğunu anlaya bilərdik. Hər bir batmış gəmi özlüyündə ayrıca bir kitab kimidir. Hər birindən öyrəniləcək xeyli material əldə etmək olur. Keçən ilə qədər 335 batan gəminin sayı tapılan son 15 gəmi ilə 350-yə çatıb.
Tapılan gəmilərin bəzilərinin boş olduğunu da bildirən Öniz bildirib ki, gəmilərin yüklərini boşaldarkən və geri dönərkən fırtına səbəbindən batdığı düşünülür. Gəmilərin batdığı yerlərin müəyyən edilərək nazirliyə məlumat verildiyini və bu yolla gəmilərin həm qorunduğunu, həm də bilinməyən bir liman və ya buna bənzər layihə ilə zədələnməsinin qarşısı alındığını qeyd edən Hakan Öniz işlərin davam edəcəyini bildirib.
Qadir, Bizimyol.info






