Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Türkiyə-Azərbaycan münasibətlərini heç nə poza bilməz" - Ali Doğan
"Türkiyə-Azərbaycan münasibətlərini heç nə poza bilməz" - Ali Doğan

Bir neçə gün əvvəl Həmas İsrailə qaşrı müharibə elan etdi. Bundan sonra tərəflər arasında ciddi münaqişə yarandı, müharibə alovlandı. Təbii ki, hər yerə olduğu kimi Azərbaycanda da, Fələstin və İsrail tərəfdaşları var. İsrail tərəfdaşlarının paylaşımları, çıxışları təkcə Azərbaycandakı Fəlsətin tərəfdaşlarının deyil, Türkiyədə olan tərəfdaşların da narazılıqlarına səbəb olur. Və bu narazılıqları ölkələrarası münasibətlərdə əks etdirməyə çalışan qüvvələr var.

İsrail-Fələstin müharibəsi Türkiyə-Azərbaycan əlaqələrinə hər hansı bir təsir edə bilərmi?

“Türkiyə ilə Azərbaycan münasibətlərini heç nə poza bilməz. Çünki iki ölkə xüsusilə hərbi sahədə tam inteqrasiyaya girib. Onlar demək olar ki, vahid silahlı qüvvə kimi işləyirlər. Siyasi arena və ya beynəlxalq arenada fərqli fikirlər ola bilər. Bu, normaldır və olmalıdır. Azərbaycanın İsraili dəstəkləməsi, Türkiyənin bitərəf qalması və ya Fələstini dəstəkləməsi iki ölkə arasındakı münasibətlərə heç bir şəkildə təsir etmir”.

Bu barədə Bizimyol.info xəbər portalına Türkiyəli jurnalist Ali Doğan danışıb. O, qeyd edib ki, həm Azərbaycanda, həm də Türkiyədə iki ölkə arasında xüsusilə hərbi sahədə əməkdaşlıq mövcuddur. Təbii ki, Narahat olan dairələr var. Bu dairələr bu əməkdaşlığı pozmaq üçün bu cür fikir ayrılıqlarından istifadə etmək istəyəcəklər və edirlər. Amma buna nail ola bilmirlər.

jurnalist Ali Doğan jurnalist Ali Doğan

Ali Doğan vurğulayıb ki, Türkiyə bu hücumun bölgəyə yayılmaması və daha çox mülki əhalinin ölümü ilə nəticələnməməsi mövqeyini bəyan edən ölkələrdən biridir. Jurnalist hesab edir ki, İsrailin, xüsusilə Qəzzada fələstinlilərə qarşı hücumlarına daha əvvəl sərt reaksiya verən prezident Tayyib Ərdoğanın AK Partiya Konqresində "tərəfləri mülayim olmağa çağırması" önəmli bir məsələdir. Eyni zamanda Xarici İşlər Nazirliyinin böhranın böyüməməsi üçün "tərəflərlə sıx təmasda" olduğu, "mülki itkiləri" pisləyən və "tərəfləri güc tətbiq etməkdən çəkinməyə" çağıran bəyanatları böyük əhəmiyyət daşıyır.

“Fələstin xalqının hüquqlarını müdafiə etmək və bölgəni hərtərəfli müharibəyə sövq etmək arasında həyati bir xətt var”- deyə Ali Doğan vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »