Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə qaz qovşağının yol xəritəsi tezliklə nəzərdən keçirilə bilər
Türkiyə qaz qovşağının yol xəritəsi tezliklə nəzərdən keçirilə bilər

Türkiyə ərazisində beynəlxalq qaz qovşağının yaradılmasına dair yol xəritəsi yaxın vaxtlarda Ankarada nəzərdən keçirilə və təsdiqlənə bilər.

Bizimyol.info xəbər verir ki, bu barədə mətbuata Türkiyənin diplomatik dairələrindəki mənbə məlumat verib.

“Konkret tarixlər söyləmək çətindir, lakin biz qovşağın yaradılması ilə bağlı yol xəritəsinin yaxın gələcəkdə razılaşdırılacağını gözləyirik, xüsusən ötən həftə Moskvada Türkiyənin Energetika Nazirliyi və “Qazprom” arasında bu məsələ ilə bağlı danışıqlar aparıldığı üçün məsələnin tezliklə həll ediləcəyini düşünürük. Yol xəritəsi imzalandıqdan dərhal sonra tərəflər onun həyata keçirilməsinə başlayacaqlar”, - deyə mənbə mətbuata verdiyi açıqlamada qeyd edib.

2022-ci ilin oktyabrında Rusiya prezidenti Vladimir Putin Türkiyə ərazisində “Şimal axını” ilə itirilmiş qaz tranzit həcminin yönləndirilə biləcəyi qovşağın yaradılması ideyasını irəli sürüb. Türkiyə hakimiyyəti bəyan edib ki, ölkədə infrastruktur nöqteyi-nəzərindən mərkəz layihəsinin həyata keçirilməsi üçün demək olar ki, hər şey hazırdır, lakin qanunvericiliyə dəyişiklik etmək lazımdır. İlk qanunvericilik qərarları aprelin əvvəlində qəbul edilib və Türkiyənin “Botaş” neft-qaz şirkəti və bəzi digər təchizatçıların fəaliyyətinə aid olub.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »