Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prezident Rəcəb Tayyib Ərdoğan: "Həmas-İsrail münaqişəsi regiona yayıla bilər"
Prezident Rəcəb Tayyib Ərdoğan: "Həmas-İsrail münaqişəsi regiona yayıla bilər"

Prezident Rəcəb Tayyib Ərdoğan İstanbul Konqres Mərkəzində keçirilən Türkiyə-Afrika 4-cü İş və İqtisadiyyat Forumunun Bağlanış Mərasimində çıxış edib.

Bizimyol.info xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat verib.

Bildirilir ki, tədbirdə çıxış edən Prezident R.T.Ərdoğan gündəmdə olan mələlərlə bağlı açıqlamalar verib.

"Ölkəmizdə 2005-ci ili Afrika İli elan etməklə qitə ilə əlaqələrimizdə yeni səhifə açdıq. Afrikanın ölkəmizin xarici siyasətində olduğu kimi türk millətinin ürəyində də xüsusi yeri var. Afrikanın şəxsən mənin üçün çox xüsusi yeri var. İnsan bir dəfə Afrikaya gedəndə həmişə getmək istəyir",- deyə Prezident bildirib.

O əlavə edib ki, Türkiyənin Afrikadakı səfirliklərinin sayını 44-ə çatdırlıb. "Ümumi uğurumuzu göstərmək üçün bəzi rəqəmləri bölüşmək istərdim. 2003-cü ildə 5,4 milyard dollar olan qitə ilə ticarət dövriyyəmiz keçən ilin sonunda 41 milyard dollara yaxınlaşdı. Şirkətlərimiz işçi qüvvəsi ehtiyaclarının çoxunu yerli olaraq təmin etməklə Afrikada məşğulluğa töhfə verir", - deyə dövlət başçısı qeyd edib.

Son günlər Yaşın Şərqdə alovlanan münaqişəyə münasibət bildirən Prezident: "İsraillə Fələstin arasında baş verən hadisələr hamımızı dərindən sarsıtdı. Gərginliyin artıb bölgəyə yayıla biləcəyindən narahatıq. Mən açıq şəkildə deyirəm ki, məscidlərin, xəstəxanaların, mülki yaşayış məntəqələrinin bombalanması kimi hücumları qəbul etmirik və qəbul etməyəcəyik. 360 kvadrat kilometr əraziyə sıxışdırılmış 2 milyon insanın işığı, suyu və ərzağının kəsilməsi ən elementar insan hüquqlarının pozulmasıdır. Söhbət Amerika və İngiltərəyə təyyarədaşıyan gəmi göndərməkdən gedir. Hazırda Qəzzada hər şey, o cümlədən qadınlar, uşaqlar və yaşlılar məhv edilir. Heç kim bundan narahat deyil, amma biz narahatıq",- deyə vurğulayıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »