Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan İordaniya Kralı ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Ərdoğan İordaniya Kralı ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İordaniya Kralı II Abdullah ilə telefon danışığı aparıb.

APA-nın verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Qeyd olunub ki, danışıq zamanı İsrail-Fələstin münaqişəsi və bölgədə yaranan humanitar problemlərin həlli üçün görüləcək işlər, sülhün təmin olunması üçün regional və qlobal səviyyədə atılması lazım olan addımlar müzakirə edilib.

Prezident Ərdoğan Türkiyənin gərginliyin aradan qaldırılması üçün vasitəçilik də daxil olmaqla hər cür dəstəyə hazır olduğunu vurğulayıb.

Son xəbərlər
Bütün xəbərlər »