Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə dünyanın ilk PUA və İDA birgə əməliyyatını həyata keçirdi - Video
Türkiyə dünyanın ilk PUA və İDA birgə əməliyyatını həyata keçirdi - Video

Milli Müdafiə Nazirliyi "ASELSAN" tərəfindən hazırlanan kamikadze pilotsuz dəniz gəmisi "Albatros"u sınaqdan keçirib. "Bayraktar TB2" İHA-nın müşayiəti ilə keçirilən sınaq əməliyyatı dünyada ilk dəfə qeydə alınıb.

Bizimyol.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə silah texnologiyaları sahəsində görünməmiş işlər görməyə davam edir.

Türkiyənin pilotsuz uçuş aparatlarının (PUA) uğurları artıq dünyanın gündəmini zəbt edir. Ancaq görünür, növbəti mərhələdə ölkənin pilotsuz dəniz vasitələrimizdən (İDA) da çox danışılacaq. Milli Müdafiə Nazirliyi dünyada ilk İDA-PUA birgə əməliyyatının həyata keçirildiyini açıqlayıb. Verilən açıqlamalar Göy Vətənin hər zamankindən daha təhlükəsiz olacağını ortaya qoyur.

Türkiyənin ən əhəmiyyətli müdafiə sənayesi şirkətlərindən biri olan "ASELSAN" bir müddətdir ki, kamikadze pilotsuz dəniz gəmisi "Albatros" üzərində işləyir. Tamamilə yerli və milli texnologiyalarla inkişaf etdirilən "Albatros", ən sadə dillə desək, yüksək sürətlə hərəkət edərək, düşmən gəmilərini vuraraq partlada bilir. İndi İDA-nın hələ aktiv istifadə olunmayan sınaq əməliyyatı həyata keçirilib. İDA və PUA-ların iştirakı ilə Mersin sahillərində həyata keçirilən əməliyyat uğurla başa çatıb.

"ASELSAN" tərəfindən hazırlanmış Albatros belə görünür:

"Albatros" tək və ya donanma şəklində idarə oluna bilən pilotsuz dəniz vasitəsidir. 7 metrlik İDA yüksək sürət və manevr qabiliyyətinə malikdir. Avtonom əməliyyat sisteminə sahib olan "Albatros" sabit və ya hərəkət edən maneələrdən qaçmaq qabiliyyətinə də malikdir. Üstəlik, bu İDA "Bayraktar TB2" kimi İHA-larla inteqrasiya olunmuş şəkildə də istifadə edilə bilər. Bu, Türkiyəyə dünyada yeni çığır açmağa imkan verdi.

Bəs Mersin sahillərində keçirilən əməliyyatda tam olaraq nə edilib?

Milli Müdafiə Nazirliyi “Albatros”un sınaq əməliyyatı zamanı boş vəziyyətdə olan 22 metrlik gəmidən istifadə edib. Bu gəmi "Bayraktar TB2" İHA tərəfindən aşkarlanıb. "Albatros" TB2 İHA-nın göndərdiyi koordinatları işləyib və təxminən 80 km/saat sürətlə hədəf gəmiyə hücum edib. Uğurla partladılan gəmi bir neçə dəqiqə ərzində Aralıq dənizinin dərinliklərində gizlənib.

Albatros İDA-nın sınaq əməliyyatının görüntülərini aşağıda izləyə bilərsiniz:

Qadir Həzi, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »