Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə ilə Şimali Kipr Türk Cümhuriyyəti təhsil sahəsində əməkdaşlıq protokolu imzalayıb
Türkiyə ilə Şimali Kipr Türk Cümhuriyyəti təhsil sahəsində əməkdaşlıq protokolu imzalayıb

Bəzi təmaslar üçün Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) paytaxtı Lefkoşada olan Milli Təhsil Naziri Yusuf Tekin ŞKTC Milli Təhsil Naziri Nazım Çavuşoğlunu ziyarət edib.

Bizimyol.info xəbər verir ki, Türkiyə mətbuatının verdiyi məlumata görə, səfər zamanı Tekin və Çavuşoğlu iki ölkə arasında təhsil sahəsində əlaqələrin gücləndirilməsi və təcrübənin ötürülməsini ehtiva edən əməkdaşlıq protokolunu imzalayıblar.

Burada jurnalistlərə açıqlamalar verən nazir Tekin, həm irsi qoruyacaq, həm də dünya şəraitində rəqabət aparacaq nəsillərin yetişdirilməsinin vacibliyinə işarə edərək, onların motivasiyasının Kipr ilə Anadolu arasındakı dərin bağı gələcək nəsillərə ötürmək olduğunu bildirib.

Protokolun ŞKTC ilə Türkiyə arasında mövcud əlaqələri daha da inkişaf etdirmək üçün imzalandığına diqqət çəkən Tekin: "Müəllimlər və idarəçilər bu coğrafiyanı əmanət edən əcdadların mirasını qoruya bilər və gələcək nəsillərin də eyni fədakarlıqla onu qorumasını təmin edə bilərlər", - deyib.

Nazir Çavuşoğlu, Kipr Türk xalqının hər zaman adət-ənənələrini yaşatdığını, Anadoludan qopmadığını açıqlayaraq: “Biz özümüzü hər zaman böyük türk millətinin bir parçası kimi görürük”, - deyib.

Türkiyə Cümhuriyyəti Milli Təhsil Nazirliyi ilə hər zaman yaxın münasibətdə olduqlarını deyən Çavuşoğlu Türkiyənin ŞKTC-yə texnologiya, ixtisasartırma təhsili, infrastruktur kimi bir çox sahədə dəstək verdiyini ifadə edib.

Çavuşoğlu Türkiyəyə ali təhsildə yaranan çətinliklərin aradan qaldırılmasına verdiyi dəstəyə təşəkkür edib. Səfər zamanı Milli Təhsil Naziri Yusuf Tekini Türkiyənin Lefkoşadakı səfiri Metin Feyzioğlu və nazirlik heyəti müşayiət edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »