Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ankarada kömür mədəni çöküb, xəsarət alanlar var
Ankarada kömür mədəni çöküb, xəsarət alanlar var

Ankaranın Nallıhan bölgəsinin Çayırhan rayonunda kömür mədənində çökmə baş verib.

Bizimyol.info xəbər verir ki, vilayət rəhbərliyinin verdiyi məlumata görə, yaralanan 15 mədən işçisi Beypazarı Dövlət Xəstəxanasına aparılıb.

"Saat 11:00 radələrində rayonun Hırkatəpə məhəlləsində özəl şirkətə məxsus kömür mədənində çökmə baş verib. Uçqun nəticəsində mədəndə işləyən 15 işçi xəsarət alıb. Mədəndən çıxarılan yaralı işçilər təcili yardımla Beypazarı və Ankaradakı xəstəxanalara aparılıb və müalicə olunub. Beypazarı rayonununməsul şəxsi Vedat Yılmaz Beypazarı Dövlət Xəstəxanasında müalicə alan işçiləri ziyarət edərək, onların vəziyyəti ilə bağlı məlumat alıb", - deyə məlumatda bildirilir.

Mədənçilərin sağlamlıq vəziyyəti ilə bağlı məlumat verən Yılmaz: "İlkin araşdırmalar zamanı onların xəsarətlərinin həyati təhlükəsinin olmadığı bildirilib. İşçilərimizin mədən daxilində hava təzyiqindən atılması nəticəsində xəsarət alanlar olub. Onlar daxili qanaxma və sınıq kimi risklərə qarşı müşahidə altındadırlar", - deyib.

Ankara Qubernatorluğundan verilən açıqlamada bildirilib ki, Azərbaycanın Hırkatəpə rayonundakı “K” kömür mədənində torpağın çökməsi nəticəsində yaranan hava təzyiqi nəticəsində təhlükəsiz zonada işləyən 15 mədən işçimiz yüngül xəsarət alıb. Onlardan 3-ü xəstəxanada müşahidə altındadır .

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »