Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İsveç baş naziri: "İsveçin NATO-ya üzvlüyünün təsdiqlənməsi barədə qərar Türkiyəyə məxsusdur"
İsveç baş naziri: "İsveçin NATO-ya üzvlüyünün təsdiqlənməsi barədə qərar Türkiyəyə məxsusdur"

"Türkiyənin İsveçin NATO-ya üzvlüyünün təsdiqlənməsi barədə dəqiq tarix verə bilmərəm".

Bizimyol.info xəbər verir ki, bunu İsveçin baş naziri Ulf Kristersson ölkə mətbuatına açıqlaması zamanı bildirib.

“Mən söz verə bilmərəm ki, NATO üzvlüyü oktyabrda təsdiqlənəcək. Bu qərarın verilməsi Türkiyəyə məxsusdur və Ankaranın bu qərarları nə vaxt təsdiqləyəcəyini bilmirəm. Qərar vermək onara qalır”, - deyə Kristersson qeyd edib.

Kristersson bildirib ki, İsveç və Türkiyə parlamentin açılışından sonra İsveçin üzvlüyünə dair təsdiq prosesinin "ən qısa zamanda" Türkiyə parlamentinə göndərilməsi ilə bağlı razılığa gəliblər. Onun sözlərinə görə, indi parlament açıldıqdan sonra İsveçin NATO üzvlüyünün təsdiqlənməsinin vaxtı çatıb. İyulda Vilnüsdə keçiriləcək NATO zirvəsindən əvvəl Kristersson və NATO-nun baş katibi Yens Stoltenberqlə görüşən prezident Ərdoğan İsveçin üzvlüyünə yaşıl işıq yandırıb. "Amma Türkiyə Böyük Millət Məclisi bu qərarı təsdiq etməlidir. Biz gözləyirik", - deyə o əlavə edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »