Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əqrəb bürcü haqqında… Əqrəb bürcünün bürclərlə uyğunluğu… Əqrəb bürcü ayrılığı necə yaşayır?
Əqrəb bürcü haqqında… Əqrəb bürcünün bürclərlə uyğunluğu… Əqrəb bürcü ayrılığı necə yaşayır?

Qoroskopun ən sirli insanları olan Əqrəblər həyata yüngül yanaşmazlar. Yüksək emosiyaları onları ehtiraslı və sirli edir. Cinsi duyğuları çox sıx yaşayırlar. Onların sevgi həyatı olduqca gizlidir. Qapılarını heç kimə asanca açmırlar. İnsanı maqnit kimi özünə cəlb edən görünüşü var. Digər insanlara çox asanlıqla təsir edirlər. Onlar əlaqəni eyni anda bədənlərində və ürəklərində yaşayırlar.

Əqrəblə birlikdə olmaq, ilk növbədə səbir tələb edir. Onlar üçün kiməsə aşiq olmaq asan deyil. Onlar incitməkdən çox qorxurlar və özlərini sevgiyə təslim etmək istəmirlər.

Əqrəb bürcü heç vaxt zəif bir insanla evlənməyəcək, əksinə üstün şəxsiyyətə sahib birinə təslim olacaqlar. Güclü xasiyyəti, qəribə ədalət hissi ilə onları başa düşə bilən həyat yoldaşı olmaq hər insanın işi deyil. Bəlkə də evlənmək üçün evlənməyən yeganə insanlar Əqrəblərdir.

Uşaq sahibi olmaq onların həyat planında olması lazım olan nöqtədədir. Sahiblənmə hissləri şiddətli olur.

Əqrəb bürcündən olan şəxslərin zərif və seçici zövqləri var. Gözəlliklərin həmişə qaranlıqda gizləndiyini düşünən Əqrəblər, mümkün olmayan şeylərdən həzz alırlar.

Əqrəb bürcündə dünyaya gələn insanlar dərin emosiyaya malik insanlardır. Onlar heç vaxt səthi insan ola bilməzlər. Onların xarizmatik və maqnit gücü var.

Əqrəb kişisini inandırmaq son dərəcə çətindir. Məntiqindən çox yaxşı istifadə etdiyi üçün həqiqəti tez üzə çıxarır. O, yaxşı, lakin sərt atadır.

Əqrəb və Qoç bürc uyğunluğu

Qoç bürcünə bənzər bir çox xüsusiyyətləriniz var. Ziddiyyətli və mübahisəli münasibət olduğu üçün riskli olduğunu deyə bilərik.

Qoç sözünüzü kəsməz, amma hirslənəndə də gözləri heç nə görməz. Hisslərində səmimidir. Cinsi cazibədən başqa bir-birinizə ötürə biləcəyiniz çox şey yoxdur.

Üstəlik, hər ikiniz idarə olunmağa deyil, rəhbərlik etməyə meyillisiniz. Bu halda, aranızda daha böyük müharibələr başlamamış bir-birinizlə vidalaşmağınız ən yaxşısıdır. Daha sonra dost qala bilərsiniz.

Əqrəb və Buğa bürc uyğunluğu

Sizi inanılmaz dərəcədə gərgin münasibət gözləyir.

Buğa sizin kimi ehtiraslı və alovludur. Buğalar sevəndə tamamilə bağlanırlar. Qısqanc və sahiblənəndirlər.

Buğa ilə aranızda yeganə problem, başqaları ilə sosial münasibətlərinizdə yaranır.

İkiniz də eyni xüsusiyyətlərə sahibsiniz. Buğa hirslənəndə heç kim onun qarşısını ala bilməz. Əqrəb sakit və təxribatçı xüsusiyyətlərə malikdir.

Əqrəb bürcü Buğa bürcündən daha qısqancdır. Bu münasibət həmişə qeyri-adi duyğuların olduğu maraqlı münasibətdir.

Əqrəb və Əkizlər bürc uyğunluğu

Əkizlər bürcünü bəyənməməyiniz üçün heç bir səbəb yoxdur. Onların yaraşıqlı və hiyləgər zəkaları Əqrəbi cəlb edir. Ağıllı və maraqlı insanları sevirsiniz.

Sizin vərdişlərə bağlılığınız Əkizlər bürcündə yoxdur. Onlar daim hərəkətdədir və dəyişir.

Əkizlər bürcünün cəlbedici və parlaq cəhətləri sizi heyran etsə də, sonradan bezdirəcək. Bəzən bu vəziyyətə düşdüyünüz üçün özünüzü günahlandıra bilərsiniz.

Analitik və araşdırmaçı tərəfiniz sayəsində onun mənfi tərəflərini görməkdə çətinlik çəkməyəcəksiniz. Sizə hiyləgər şəkildə yaxınlaşsa belə, bu sevginin taleyi sizin əlinizdə olacaq.

Əqrəb və Xərçəng bürc uyğunluğu

Uyğunlaşa biləcəyiniz bir əlaqə var. Onun romantik və emosional yanaşmaları sizi heyran edəcək. Qısqanc, həssas, əla intuisiyaya malik bir insan qarşınızda dayanır, əlini sizə uzadaraq, sizi sevgiyə dəvət edir.

Davamlı olaraq bir-birinizi izləməsəniz və qısqanclığınızı cilovlaya bilsəniz, bu münasibət mütləq ömür boyu davam edəcək bir əlaqə olacaq.

Aranızda cinsi problem olmayacaq və isti birlik üçün lazım olan hər şey olacaq. Ətrafınızdakılar bu sevgiyə həsədlə baxacaqlar.

Əqrəb və Şir bürc uyğunluğu

Bu münasibət çox xüsusi olacaq, çünki bir-birinizdən təsirlənəcəksiniz. Şir bürcü uduzmağı sevmir. Sizi gördüyü an onun seçiminin siz olacağınıza əminliklə yanaşacaq. İkinizdə də üstün istedadlar var. İtirməyi sevmirsiniz.

Qürurlu və nəcib Şir bürcünü ələ keçirmək asan olmayacaq.

Krallara uyğun münasibət sizi gözləyir. Bundan həzz almaq istəyirsinizsə, ətrafınızdakı insanların mənfi fikirlərinə qulaqlarınızı bağlayın və daxili səsinizə qulaq asın.

Əqrəb və Qız bürc uyğunluğu

Şən və dostluğa önəm verən Qız bürcü ilə anlaşmaq sizin üçün çətin olmayacaq. Onun ağıllı və qüdrətli məntiqi sizi təəccübləndirdiyi üçün daxilən ona tərəf çəkildiyinizi hiss edəcəksiniz.

Qız bürcü planlı və proqramlaşdırılmış şəkildə hərəkət edir. Sizin adınıza məntiqli qərarlar qəbul edir. Qız bürcü bütün bunları edərkən, onun işlərinə qarışmağınızı istəmir. Özünüzü ona təslim edə bilərsiniz. Qız bürcü diqqətli və nizam-intizamlı rəftarı ilə həyatınızı istiqamətləndirəcək. Bu münasibət ənənəvi və xüsusi xarakter daşıyır.

Əqrəb və Tərəzi bürc uyğunluğu

Tamamilə fərqli münasibət bu iki bürc arasındadır.

Tərəzi əsl sevgi adamıdır. Onun zərifliyi və cazibədarlığı sizi dərhal heyran edəcək. Fərqli üslubu var. Seksuallığını nümayiş etdirərkən belə, məhəbbət oyunlarından istifadə edir.

Tərəzi bürcü pulu sizin qədər sevir.

Tərəzi bürcü ilə həyatdan həzz ala və özünüz üçün həyat qura bilərsiniz.

Sizə və münasibətinizə hörmət edən Tərəzi bürcünə kim yox deyə bilər? Astrologiya tərəfindən dəstəklənən ən uyğun cütlərdən biri olmağa hazırsınızmı?

Əqrəb və Əqrəb bürc uyğunluğu

Həyatınızın insanını axtararkən, sizə oxşayan bu insana "yox" deməyi düşünmək belə istəməyə bilərsiniz. Sizin kimi ehtiraslı və alovlu bir Əqrəbə necə biganə qala bilərsiniz? Sevgini ən yaxşı mənada yaşayacaq bir ikilisiniz.

Qısqanclığınıza qurban getməsəniz və şəxsi eqolarınızı birinci yerə qoymasanız, ömür boyu davam edəcək bir münasibətdir. Bununla belə, həyatınız boyu qarşılıqlı hörmətə diqqət yetirməlisiniz.

Əqrəb və Oxatan bürc uyğunluğu

Əqrəbi çaşdıracaq münasibətdir. Özünə bənzəməyən qeyri-adi bir insanın qarşısında dayanıb nə edəcəyinə qərar verə bilmir.

Oxatan cazibədar və sərbəst rəftarı ilə birdən başınızı çevirəcək və bildiyiniz bütün qaydaları sizə unutduracaq. Onunla köhnə həyatınızı ağlınızdan siləcəksiniz.

Oxatan ağıllı və praktikdir. Ağlınızdan keçənləri ona deməyə belə ehtiyac yoxdur.

Oxatan bürcü Əqrəb bürcü qədər emosional deyil. Hiss etmədiyi sözlər üçün sizə heç bir söz verməz.

Oxatan bir gün Əqrəbi qıracaq və uzaqlaşmaq istəyəcək. Bu münasibəti unutmaq daha faydalı olar.

Əqrəb və Oğlaq bürc uyğunluğu

Bir-birinizi görən kimi aşiq olacaqsınız. Oğlaq sizə ekskluziv və qeyri-adi əlaqələr həsrəti ilə yaxınlaşdıqca, hər zaman arzuladığınız bir sevginin qucağında yaşadığınıza inanmayacaqsınız.

Məntiq və rasionallıq baxımından bir-birinizlə rəqabət apara bilərsiniz.

Duyğular meydana çıxanda hər şey başqa cür olacaq. Ona sizin istiliyinizi hiss etdirmək bir az çətindir. Ehtiraslı tərəflərinizi ifadə etmək üçün çox vaxta ehtiyacınız olacaq. Fərqli xəttli bir sevgi olacaq.

Əqrəb və Dolça bürc uyğunluğu

Dolça ilə münasibətiniz uzunmüddətli olacaq. Emosional və incə təbiəti ilə Əqrəbin sıx sevgisi gözəl bir karma yaradır.

Əqrəb bürcü qənaətcil, Dolça bürcü israfçıdır. Hər ikisi pula fərqli dəyərlə baxırlar. Bununla belə, uzunmüddətli əlaqələr üçün bir çox ümumi xüsusiyyətlərə malikdirlər.

Daim təhlükəsizlik hissinə ehtiyacı olan Dolça bürcünün həyatını asanlaşdırmaq üçün lazım olan bütün məlumatlara sahibsiniz. Bu münasibətin müsbət tərəfləri hər ikinizi əhatə edəcək. Birlikdə olmaq üçün birdən çox səbəbiniz var.

Əqrəb və Balıqlar bürc uyğunluğu

Balıqlarla münasibətiniz ideal olacaq. Bir-birinizin əksi olsanız da, bəzi münasibətlərdə xarakterləriniz üst-üstə düşür. Münasibətlərinizi qorumağa çalışın. Belə münasibətlər nadir halda baş tutur.

Əqrəb bürcü ayrılığı necə yaşayır?

Ayrıldıqdan sonra uzun müddət tək qala bilməzsiniz. Təbiətinizdə olan seksuallıq və sevgi ehtiyacı sizi fərqli bir sevginin qucağına atır.

Məğlubiyyəti əsla qəbul etməyən təbiətinizlə davamlı olaraq münasibətlərinizi şübhə altına alır, hətta qisas planları da qurursunuz. Həyatı olduğu kimi qəbul etməlisiniz. Siz də məğlubiyyəti dadmalısınız və bilməlisiniz ki, hər sevgi bir gün sona çata bilər. Siz elə bilirsiniz; "o" çox xüsusi idi və bir daha belə bir sevgi yaşamayacaqsınız.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »