İstanbulun Üsküdar bölgəsində yaşayan 17 yaşlı lisey şagirdi A.E.S (şərti ad) Atatürk şəklini məktəb dəs kitabından qopararaq ona qarşı nalayiq hərəkətlər etməklə təhqir edib.
Bizimyol.info xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat verib.
Onun dostları mobil telefonlarına lentə alınan həmin anları sosial media hesablarında paylaşıblar. Görüntülər üzərinə hərəkətə başlayan polis qrupları A.E.S.-i 20 sentyabr 2023-cü ildə saxlayıb. A.E.S. prokurorluğa verdiyi ifadəsində deyib: “Bu video təxminən 2 il əvvəl, 9-cu sinif şagirdi olanda çəkilib. O vaxt dərsdə fotoşəkillərlə oyunlar oynayırdıq. Bu bir əyləncə idi. Fotonun Atatürkə aid olduğunu bilmirdim. Təsadüfi fotoşəkilləri özümüzə sürtməklə əylənirdik”, - deyib.
Növbətçi məhkəməyə sövq edilən A.E.S. həbs edilib. İstintaqın sonunda İstanbul Anadolu Baş Prokurorluğu A.E.S.-ə qarşı “mətbuat vasitəsilə Atatürkü təhqir etmək” ittihamı ilə 3 il həbs cəzası tələbi ilə iddia qaldırıb. A.E.S.-ə qarşı “ictimai nifrət və düşmənçiliyə sövq etmək” cinayətinə görə məsuliyyətə cəlb edilməməsi barədə qərar çıxarılıb.
Hadisənin görüntüləri üzə çıxanda A.E.S. həbs edilib.
Bizimyol.info






