Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Təxribat törədən Emənistan ordusu 4 əsgərini itirib
Təxribat törədən Emənistan ordusu 4 əsgərini itirib

Azərbaycan Silahlı Qüvvələrinin cavab atəşi nəticəsində ölən erməni əsgərlərinin sayı 4-ə çatıb.

Bizimyol.info xəbər verir ki, mətbuatın Ermənistan Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, cəbhə bölgəsində 4 erməni əsgəri ölüb.

Daha əvvəl nazirlik erməni ordusu tərəfdən iki ölü və bir yaralının qeydə alndığını bildirmişdi: "Azərbaycan ordusunun cavab atəşı nəticəsində Ermənistan tərəfi 4 nəfər əsgərini itirib, daha biri yaralanıb", - deyə Ermənistan Müdafiə Nazirliyinin bəyanatında deyilir.

Ermənistan Müdafiə Nazirliyi ölən və yaralananların kimliyi ilə bağlı dəqiq məlumatları daha sonra açıqlayacağını bildirib.

Xatırladaq ki, Azərbaycanın Müdafiə Nazirliyinin mətbuat xidmətinən verilən məlumata görə, sentyabrın 1-də səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod yaşayış məntəqəsi istiqamətində yerləşən bölmələri Azərbaycan Ordusunun Kəlbəcər istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlar, minaatanlar, artilleriya qurğuları və zərbə PUA-larından atəşə tutmaqla bölgədə vəziyyəti gərginləşdirir.

Bundan başqa, Ermənistan tərəfi Basarkeçər rayonunun Zod yaşayış məntəqəsi istiqamətindəki mövqelərinə əlavə döyüş texnikası və canlı qüvvə cəmləşdirir.Ermənistan tərəfi növbəti təxribatlar üçün zəmin yaratmaq məqsədilə dezinformasiya xarakterli məlumatlar yayır və beynəlxalq ictimaiyyətdə yanlış fikir formalaşdırmağa çalışır.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »