Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Netanyahunun Türkiyə ilə bağlı planı
Netanyahunun Türkiyə ilə bağlı planı

Türkiyə ilə İsrail arasında qarşılıqlı addımlar öz bəhrəsini verməyə başladığı bir vaxtda ərəb mətbuatında bu münasibətlərə təsir edəcək bir iddia yer alıb.

Bizimyol.info xəbər verir ki, Londonda nəşr olunan Səudiyyə Ərəbistanında yerləşən “Ashaq Al-Awsat” İsrailin baş naziri Netanyahunun Türkiyə ilə bağlı vəziyyəti daha da "isidəcək" planı barədə yazıb.

Səudiyyə Ərəbistanı qəzeti “Netanyahu qaz kəmərinin Türkiyə üzərindən Avropaya çatdırılmasını düşünür” başlığı ilə oxucularının qarşısına çıxıb. Netanyahunun nazirlik səlahiyyətlilərinə İsrailin hazırkı qaz ixracatına alternativləri araşdırmaq göstərişi verdiyini qeyd edən “Ashaq Al-Awsat” məqalədə: “Nəzərdən keçirilən variantlardan biri də Türkiyədən İsrailin ən böyük dəniz qaz yatağı olan "Leviafan"a sualtı boru kəmərinin çəkilməsidir. Sözügedən plana əsasən, qaz Türkiyəyə, oradan da Cənubi Avropa ölkələrinə nəql ediləcək”, - deyə qeyd edilir.

Eyni xəbərdə yer alan məlumata görə, bu plan Avropanın Rusiya boru kəmərindən asılılığını daha da azaldacaq. Türkiyənin bu planda əsas əhəmiyyət kəsb etdiyini vurğulayan Səudiyyə qəzeti bu cür qiymətləndirməni edib: “Təklif olunan boru kəməri əsas Türkiyə-Avropa boru kəmərini İsraildə və Misir, eləcə də BƏƏ kimi qonşu regionlarda zəngin qaz ehtiyatlarına birləşdirmək məqsədi daşıyır”.

“Ashaq Al-Awsat”: "Siyasi mənbələr Netanyahunun Ərdoğanın bu boru xəttinin Türkiyədən Avropaya keçməsini istədiyini bildiyini söylədi", - deyə bildirib.

“Eyni mənbələr əlavə edib ki, Netanyahu Türkiyədən bununla bağlı konkret addımlar tələb etməsini gözləməlidir”, - deyə nəşr qeyd edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »