Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğanla Putinin Soçidə görüşəcəyi tarix açıqlanıb
Ərdoğanla Putinin Soçidə görüşəcəyi tarix açıqlanıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 4-də Soçidə Rusiya lideri Vladimir Putinlə danışıqlar aparmağı planlaşdırır.

Bizimyol.info xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat verib.

Qeyd olunur ki, bu, Türkiyə prezidenti Rusiyada bir günlük səfərdə olacaq və o, Kremlin rəhbəri ilə əsasən taxıl müqaviləsinin taleyinin həlli ilə bağlı məsələni mazakirə edəcək. Məlumatda əlavə olaraq bildirilir ki, liderlər Suriya məsələsini də müzakirə edəcəklər.

Bundan əvvəl Türkiyədəki diplomatik mənbə Putinlə Ərdoğan arasında mümkün görüşün tarixi barədə Rusiya mətbuatına sentyabrın 4-ü Soçidə planlaşdırıldığını bildirib.

Kremlin sözçüsü Peskov iki liderin yaxın vaxtlarda görüşəcəyini bildirib.

AK Partiya sözçüsü Ömər Çelik: "Prezidentimiz Soçiyə səfər edəcək. Dövlət başçısının Soçi səfəri zamanı taxıl sazişində yeni mərhələ ola biləcək", - deyə sammitin keçiriləcəyini təsdiqləyib.

Ankara və Moskvanın ardıcıl bəyanatlarından sonra gözlər bir daha Türkiyənin atacağı addımlara dikilib. Əvvəllər taxıl təşəbbüsünün reallaşmasında kritik rol oynayan Ərdoğanın Putinlə görüşməsi razılaşmanın yenidən həyata keçirilə biləcəyinə ümidləri artırıb.

Fransada yerləşən beynəlxalq xəbər agentliyi "AFP" görüşün əsas maddələrindən birinin taxıl sazişi olacağını yazıb. Ərdoğanın həm Rusiya, həm də Ukrayna ilə yaxşı münasibətləri olduğunu vurğulayan "AFP" xəbərlərində: “Ərdoğan Moskva və Kiyevlə olan yaxşı münasibətlərindən iki tərəfi rəsmi sülh danışıqlarına cəlb etmək üçün istifadə edib. O, Putinlə sonuncu dəfə ötən ilin oktyabrında Qazaxıstanın paytaxtı Astanada şəxsən görüşüb”, - deyə məlumat verib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »