Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya dövlət başçısı Vladimir Putin arasında təklif olunan danışıqlar taxıl müqaviləsinin gələcəyinə böyük ölçüdə işıq salacaq.
Bizimyol.info xəbər verir ki, onların iddia edilən danışıqlara hazırlıqlarla bağlı yenilikləri danışıqlarda iştirak edəcək mənbə Rusiya mətbuatına açıqlayıb.
Mənbənin sözlərinə görə, Türkiyənin bütün müvafiq departamentləri bu istiqamətdə fəal iş aparır. Eyni zamanda, o vurğulayıb ki, proses Birləşmiş Millətlər Təşkilatı (BMT) ilə razılaşdırılır, BMT də bu danışıqları izləyəcək.
Mənbə danışıqların konstruktiv olacağına və Qara Dəniz Taxıl Təşəbbüsünün işinin bərpası üçün imkanların açılacağına ümid etdiyini bildirib. "İki ölkə rezidentlərin görüşü zamanı, böyük etimalla, könkret razılaşmalar ələ olunacağı gözlənilir", - deyə o qeyd edib.
Bundan əvvəl Ərdoğanın Rusiyaya səfər planları ilə bağlı məlumat verilib. Görüşün əsas mövzusunun taxıl müqaviləsi və onun bərpası olacağı dəqiqləşib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, bu görüş yaxın vaxtlarda baş tutacaq. O, danışıqlara çox ciddi şəkildə hazırlıq getdiyini bildirib.
Rusiya iyulun 17-də taxıl sövdələşməsinə dair sazişləri ləğv edib. Kremlin sözçüsü Dmitri Peskov sövdələşmənin Rusiya hissəsinin heç vaxt tamamlanmadığını vurğulayıb.
Qadir, Bizimyol.info






