Xarici işlər naziri Hakan Fidan bu gün Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə telefon danışığı aparıb.
APA-nın verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN məlumat yayıb.
Qeyd olunub ki, danışıq zamanı Qara Dəniz Taxıl Təşəbbüsünün yenidən fəaliyyət göstərməsi üçün atılacaq addımlar müzakirə edilib.






