Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Beynəlxalq Qırmızı Xaç Komitəsinin Xankəndi ofisi sülh quruculuğuna dəstək üçün Bakıya tabe olmalıdır"
“Beynəlxalq Qırmızı Xaç Komitəsinin Xankəndi ofisi sülh quruculuğuna dəstək üçün Bakıya tabe olmalıdır"

“Prezident “Euronews”-a müsahibəsində toxunduğu əsas məqamlar Azərbaycan-Ermənistan münasibətləri, Azərbaycan ərazisində yaşayan ermənilərin vəziyyəti ilə bağlı Azərbaycanın baxışlarının bir daha sərgilənməsi ilə bağlı oldu. Ayrıca olaraq da “Beynəlxalq Qırmızı Xaç” komitəsinin ofisinin Xankəndində yerləşməsini təəssüflə vurğulaması çox vacib məsələdir. Bu hər şeydən öncə Azərbaycanın ərazi bütövlüyünə hörmətsiz yanaşmadır. Çünki Azərbaycan ərazisində istənilən bir strukturun ofisinin yerləşməsi və onun başqa bir ölkədəki ofisinə tabe olması təbii ki, yol verilməzdir”.

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu danışıb. O, qeyd edib ki, keçmiş münaqişə vəziyyətində də elə beynəlxalq təşkilatların Avropanın bir sıra strukturlarının məsələyə doğru yanaşmaması, münaqişə vəziyyətinin uzun müddət qalmasını şərtləndirən amillər sırasında nəzərdən keçirilə bilər.

Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu

“Ölkə prezidentinin bu məqamı vurğulaması çox vacibdir. “Beynəlxalq Qırmızı Xaç” Komitəsi Azərbaycan prezidentinin bu məsələyə toxunmasını vacib bir siqnal kimi qəbul etməli, vaxt itirmədən Xankəndindəki ofis Bakıdakı ofisə tabe olunmalıdır. Çünki Azərbaycan ərazisində, Bakıda ofisin olduğu bir halda Azərbaycanın digər bir hissəsində ofisin İrəvandakı ofisə tabe olması olduqca məntiqsizdir və eyni zamanda Azərbaycanın ərazi bütövlüyünə hörmətsiz yanaşmanın aşkar göstəricisidir. Bu baxımdan ölkə prezidentinin də vurğuladığı kimi bu gün Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində müzakirələr aparılmaqdadır. Ermənistan sözdə olsa da Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirir. Qarabağın Azərbaycanın ərazi bütövlüyü olduğunu səsləndirir. Belə olan halda təbii ki, “Beynəlxalq Qırmızı Xaç” komitəsi də gərgin nöqtələrin qalmasında deyil, əksinə tezliklə aradan qalxmasında maraqlı olmalıdır ki, regionda sülh quruculuğu prosesi sürətlənsin və effektiv olsun”-deyə deputat əlavə edib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »