“Azərbaycanın tarixə düşəcək böyük qələbəsi ilə nəticələnən İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanla Ermənistan arasında sülh danışıqları davam edir. Bəzi sahələrdə nisbi irəliləyiş əldə olunsa da, bəzi kritik sahələrdə hələ də nəzərəçarpacaq irəliləyiş əldə edilmişdir. İki ölkə arasında ən mühüm problemlərdən biri erməni əsgərləri və erməni əhalisinin Qarabağda qalması olduğu halda, digər və son dərəcə strateji problem Zəngəzur dəhlizidir”.
Bu barədə Bizimyol.info xəbər portalına Yeni Akit Qəzeti Ankara Xəbər Direktoru Muhammet Kutlu danışıb. O, qeyd edib ki, Qarabağda Ermənistanın qalıqları hansısa yolla həll oluna bilər. Amma Zəngəzur dəhlizi təkcə Ermənistan və Azərbaycanın öhdəsindən gələ biləcəyi bir məsələ kimi görünmür.
“Yeni Akit” Qəzeti Ankara xəbər müdiri Muhammet Kutlu“Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ankarada xarici işlər naziri ilə keçirdiyi mətbuat konfransında deyib: “Həmkarım Hakan Fidan ilə bugünkü görüşdə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesini hərtərəfli müzakirə etdik”. Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanmasının vacib olduğunu deyən Bayramov “Ermənistan öhdəliklərinin əksinə olaraq hələ də Azərbaycan torpaqlarından qoşunlarını çıxarmır və Zəngəzur dəhlizini açmır. Ermənistan Azərbaycanın daxili işlərinə qarışmaqdan əl çəkmir” deyərək regionda sülhün bərqərar olması üçün hələ xeyli bir yol qaldığını diqqətə çatdırıb. Zəngəzur dəhlizinin açılmasına ən böyük maneə Ermənistanın maraqları deyil”- deyə Kutlu qeyd edib.
Muhammet Kutlu bildirib ki, Azərbaycan və Orta Asiya Türk Cümhuriyyətləri ilə birbaşa nəqliyyat əlaqəsi yaradaraq, Türk dövlətlərinin bir-birinə inteqrasiyasını təmin edəcək bir dəhlizin açılması türklərin birliyini istəməyən bütün dövlətlərin kabusudur.
Muhammet Kutlu deyir ki, onları saymağa belə ehtiyac da olmaya bilər, amma təqribən xatırlamaq istəsək, Zəngəzur dəhlizinin qarşısındakı əsas maneələr kimi bütün Qərb blokunu, xüsusilə ABŞ, İngiltərə, Fransa, Almaniya, Rusiya və İranı saymaq olar.
“Əslində, Osmanlı kimi imperiyanın davamçısı olan bir Türkiyənin rəhbərlik etdiyi Türk dövlətləri qrupunun koordinasiya və birlik içində hərəkət etməsi, bundan zərər görəcək bütün gücləri narahat edir. Zəngəzur dəhlizi sırf bəzi böyük dövlətlər istəmədiyinə görə dayandırılmayacaq. Çünki həm Türkiyə, həm də Azərbaycan tərəfində artıq yollar, dəmir yolları, tunellər tikilib. Dəhlizin açılması an məsələsidir. Bunu bilən Türkiyə və Azərbaycan böyük dövlətləri qorxutmadan yol açmağa çalışır. Əslində dəhlizin açılması Azərbaycanın və Türkiyənin xeyrinə olduğu qədər Ermənistanın da xeyrinə olacaq bir gediş olacaq”-deyən Kutlu qeyd edib ki, bu dəhliz sayəsində Ermənistan dünyaya inteqrasiya olunacaq. İqtisadiyyat canlanacaq və inkişaf edəcək. Erməni xalqı qərb ölkələrinin və İran İslam Respublikasının pul yardımlarına ehtiyac duymadan öz ayaqları üzərində dayanacaq, istehsal edib istehlak edəcək. Bir sözlə, o, azad olacaq. Hətta bunu bəzi güclər istəməsə də, qatar indi yoldadır. Dayanmaq mümkün deyil. O dəhliz mütləq tezliklə açılacaq.
İradə Cəlil, Bizimyol.info






