Ukraynada "Bayraktar" pilotsuz uçuş aparatlarının təmiri üzrə servis mərkəzi tikiləcək.
APA xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.
Ukrayna Müdafiə Nazirliyi və Türkiyənin BAYKAR MAKİNA şirkəti servis mərkəzinin tikintisi haqqında müqavilə bağlayıblar.
Saziş 2023-cü il yanvarın 23-də qüvvəyə minən Ukrayna və Türkiyə hökumətləri arasında yüksək texnologiyalar, aviasiya və kosmik sənaye sahəsindəki əməkdaşlıq çərçivəsində bağlanıb.
Ukrayna Müdafiə Nazirliyinin dövlət katibi Konstantin Vaşşenkonun sözlərinə görə, xidmət mərkəzinin yaradılması ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsinə mühüm töhfə olacaq.






