28-30 iyul tarixlərində Bakıda “Caspian Motor Show 2023” avtomobil sərgisi keçiriləcək.
Bizimyol.info xəbər verir ki, ötən il Qəbələdə keçirilən sərgi ilə avtomobil həvəskarlarının yaddaşında yer tutan unikal tədbir, bu il Bakıda Sea Breeze Resortda keçiriləcək. Azərbaycanın Avtomobil Dilerləri Assosiasiyasının təşkilatçılığıyla baş tutacaq tədbirin proqramını aşağıda bölüşürük:
- 28 iyul sərbəst nümayiş, 29 iyul rəsmi açılış mərasimi və 30 iyul tarixində sərginin bağlanış mərasimi keçiriləcək.
- 29-u və 30-u Dj Elax, Jin və Dervish Band bizimlə bərabər olacaq.
Qeyd edək ki, sərgiyə giriş axşam 20:00-dan 23:00-dək ödənişsizdir. Tədbirə xüsusi dəvətnamə ilə dəvət edilənləri sürprizlər gözləyir.
İlahin, Bizimyol.info






